TRIPP Ermənistan və Amerikanın layihəsidir.
APA xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan Factor TV-yə müsahibəsində Moskvanın TRIPP-ə qoşulma ehtimalının 5 fevralda Rusiyaya rəsmi səfəri zamanı müzakirə olunub-olunmayacağına dair sualı cavablandırarkən bildirib.
“Əgər söhbət oxşar marşrutun və ya oxşar yolun açılmasından gedirsə, mənim fikrimcə, bu, ayrıca bir təşəbbüs olmalıdır, amma TRIPP çərçivəsində bunu bir az absurd hesab edirəm. Çünki bu, TRIPP-in işləməsinin qarşısını almaq üçün hər şeyi etmək demək olardı”, - Simonyan qeyd edib.