Ermənilərin təcavüzkar siyasəti XX əsrin əvvəllərində özünün ən yüksək mərhələsinə çatıb - Millət vəkili
Yusif Nəzərli
11:01 31.03.2025
Gündəm
417
"Zaman-zaman ermənilər tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirilib".
Bu barədə "Sherg.az"a açıqlamasında millət vəkili Şahin Seyidzadə deyib.
Deputat bildirib ki, getdikcə gücləndirilən və xalqımızı ağır məhrumiyyətlərə məruz qoyan bu məkrli və qeyri-insani siyasət nəticəsində azərbaycanlılar min illər boyu yaşadıqları tarixi etnik torpaqlarında didərgin salınmış, kütləvi qırğınlara məruz qalmışlar:
"Artıq XIX əsrin əvvəllərindən başlayaraq ermənilərin kütləvi şəkildə tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılması prosesi başlanılmış və bunun fonunda məqsədyönlü şəkildə azərbaycanlıların deportasiyası gücləndirilib. Beləliklə də, azərbaycanlılar mərhələli şəkildə öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulmağa başlanılıb. Ermənilər yalnız hazırda Ermənistan ərazisi adlanan Qərbi Azərbaycan torpaqlarında deyil, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Qarabağda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar törədiblər. Onlar bu ərazilərdə on minlərlə dinc azərbaycanlını - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirib, yaşayış yerlərini talan edərək yandırıb viran qoyub, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıdıblar".
Parlamentari qeyd edib ki, XIX əsrdə azərbaycanlılara qarşı geniş vüsət almış bu təcavüzkar siyasət XX əsrin əvvəllərində özünün ən
yüksək mərhələsinə çatıb:
"Qətlə yetirilənlərin çoxunun meyiti tapılmayıb. Şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Mart qırğınları haqqında müstəqil tədqiqatçı Kulqe yazır: “Ermənilər müsəlman əhalisini işgəncələrlə öldürür, süngü ilə dəlik-deşik edir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub sakinlər qarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər”.1918-ci ilin yazında Bakı şəhərində və Azərbaycan qəzalarında daşnak-bolşevik birləşmələrinin türk-müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklər istər hüquqi baxımdan, istərsə də siyasi cəhətdən soyqırımı kimi qiymətləndirilməlidir. Elə buna görə də 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncama əsasən, “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bununla da 1998-ci ildən bəri ölkədə hər il martın 31-i - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur. Bu döyüşlərdə Qafqaz İslam Ordusu yüzlərlə şəhid vermişdir. 31 mart, Azərbaycan xalqı üçün ağrılı və unudulmaz bir tarix olaraq yaddaşlarda qalır".
Oxşar xəbərlər
Azərbaycanla Ermənistan arasında sovet dövründə mövcud olmuş dəmir yolu bərpa ediləcək - Paşinyan
18:36 07.10.2026
Paşinyandan əsgərimizlə bağı yeni açıqlama: Heç olmasa, bir müddət burada saxlanılmalıdır
17:53 07.10.2026
Xəbər lenti
Hamısına bax
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
19:02 07.10.2026
Hadisə
Ceyhun Bayramov: “Orta Dəhlizin beynəlxalq ticarətdə rolu artır”
18:46 07.10.2026
Gündəm
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya
Prezident İlham Əliyev Putinə zəng edib
15:37 07.10.2026
Futbol