
Ermənistan atəşkəsi pozur: Moskvanın kölgəsində yeni planlar qurulur - ŞƏRH
05:41 15.05.2025
Gündəm
675
Ermənistan tərəfi təxribatlarını davam etdirib. Mayın 13-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutublar. Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Son günlərdə şərti sərhədlərdə atəşkəsin pozulması halları intensivləşib.

Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan "Şərq"ə açıqlamasında deyib ki, Ermənistan tərəfinin xislətininə xas atdığı təxribatçı addımlar ümumi danışıqlara və sülhə doğru yaxınlaşmalara xələl gətirməməlidir. Ekspertin sözlərinə görə, erməni tərəfi bunu ciddi düşünməlidir:
"Ermənistan baş nazirinin Rusiya səfərindən sonra bu kimi halların baş verməsi başadüşüləndir. Lakin Ermənistan həmişəki kimi öz maraqlarını düşünənlərə uymamalıdır. Azərbaycan ilə nizamlanması vacib olan mövzular üzərində işləməlidir. Görünür, Rusiyayönlü qüvvələr, eyni zamanda müxalifət hakimiyyətə basqıları artırır. Bu zaman ordu daxilindəki təxribatçı qruplar belə addımlara yol verirlər. Mümkündür ki, hakimiyyətin özü də Rusiyaya yenidən meyillənir və köhnə adətlərini təkrar etməyə həvəslənir. Amma bu, onlara baha başa gələ bilər. Rusiya Ermənistanı bu dəfə xilas edə bilməz".
Analitik qeyd edib ki, atəşkəsi həmişə erməni tərəfi pozur və bütün araşdırmalarda sübut edilir: "Onlar bir daha etməməyə söz verirlər, lakin yenidən təkrarlanır. Bu, ilk növbədə erməni siyasi xislətinin təzahürüdür. Təxribat, yalan, böhtan, təcavüz ermənilərə xas xarakterdir. Digər yöndən, rəsmi İrəvan müstəqil siyasət aparmağa qərarlı deyil. İkili standartlarla, gah Qərbə, gah Rusiyaya alət olmaqla, özünə havadar axtarmaqla etibarı, etimadı itirirlər. Əgər Ermənistan hakimiyyəti Azərbaycanla sülhdən yayınarsa, Rusiyanın, yaxud digərlərinin siyasətinə tabe olursa, bütün yönlərdə itirən özü olacaq. Nəzərdə tutulan iqtisadi layihələr, münasibətlərin tənzimlənməsindən sonrakı mərhələdə başqa sahələrdəki planlar, bölgə ölkələrinin ortaq icra edəcəkləri məsələlər, Türkiyə ilə ticari əlaqələr sual altına düşə bilər. Ona görə Ermənistan diqqətli olmalıdır".
T.İrfan əlavə edib ki, Rusiya Ermənistan vasitəsilə Azərbaycana yenidən təzyiq göstərmək istəyir: "Təyyarə olayından sonra Rusiya təxribatı etiraf etmək, üzr istəmək əvəzinə təhdid, təzyiq yolunu seçdi. Fəqət, Azərbaycan öz qüdrəti, müdrik siyasəti və güclü müttəfiqləri, tərəfdaşları ilə münasibətlər sayəsində söz və güc sahibidir. Zorla, təhdidlə, təxribatla heç nəyə nail ola bilməzlər. Ermənistan kənar təsirlərə, təxribatlara uyub yenidən onun-bunun vassalına, alətinə çevrilməsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm