Ermənistan hazırdır, Azərbaycan niyə rədd edir? - Paşinyan
Yusif Nəzərli
08:03 04.03.2025
Gündəm
330
Bakının narahatlığı Naxçıvana və Naxçıvandan yüklərin etibarlı daşınmasını təmin etməkdirsə, deməli, bu məsələ öz həllini tapıb. Bircə Azərbaycanın “hə” deməsi qalır. Ermənistan ərazisində Nrnadzor (Nüvədi)-Karçevan (Kərçivan) dəmir yolunun tikintisi bir qədər vaxt aparacaq. Arazdəyən-Naxçıvan sərhədi hissəsində də qısa dəmir yolu xətti çəkilməlidir, lakin bu, Ermənistan-Ermənistan və Azərbaycan-Türkiyə dəmir yolu əlaqəsi üçün lazımdır və bu işi qısa müddətdə başa çatdırmaq olar.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress”də dərc olunan regionda mümkün kommunikasiyaların açılmasına həsr olunmuş ətraflı bəyanatında deyib.
“Eyni prinsip əsasında Azərbaycandan Naxçıvana boru kəmərlərinin, elektrik xətlərinin və kabellərin tranzitini təmin etməyə hazırıq. Bu təkliflərin Azərbaycan tərəfindən niyə rədd edildiyi aydın deyil. Ümid edirəm ki, eskalasiya üçün saxta bəhanə yaratmaq məqsədi daşımır. Bakı bildirir ki, Ermənistan Naxçıvana yol verməsə, İran ərazisindən keçməklə Azərbaycan-Naxçıvan əlaqəsini təmin edəcək. Bunun əleyhinə deyilik, bu İranla Azərbaycanın münasibətləri və onların həlli məsələsidir. Onu da bildiririk ki, Ermənistan İranın təklif etdiyi eyni hüquqi şərtlərlə Azərbaycanın qərbindən Naxçıvana tranziti təmin etməyə hazırdır. Azərbaycan buna cavab olaraq deyir ki, tranzit maneəsiz olmalıdır. Yəni İran üzərindən tranzit üçün maneələr var? Axı İranla eyni hüquqi şərtlərlə eyni tranziti təmin etməyə hazır olduğumuzu deyirik. Qarşılıqlı prinsipinə əsaslanaraq, tranzit prosedurlarının sadələşdirilməsinə və avtomatlaşdırılmış mexanizmlərin tətbiqinə razılıq verməyə hazırıq. Bəs Azərbaycan niyə bizim konstruktiv təkliflərimizi rədd edir? Mən artıq əminəm: bütün regional iqtisadi və nəqliyyat kommunikasiyalarının, o cümlədən Ermənistan ərazisindən keçməklə Azərbaycanın qərbindən Naxçıvana və əks istiqamətdə, Azərbaycan ərazisindən (Naxçıvan) keçməklə Ermənistanın Meğridən Arazdəyənə və əks istiqamətdə bütün regional iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması tamamilə hazırdır və onun həyata keçirilməsi üçün yalnız Azərbaycanın razılığı lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə