
Ermənistan-İran dialoqunda Rusiya, Azərbaycan və ABŞ faktorları -ANALİZ
Yusif Nəzərli
12:03 25.03.2025
Gündəm
379
İran xarici işlər naziri Abbas Araqçi İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb.
Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər ikitərəfli münasibətləri və Cənubi Qafqazdakı regional məsələləri müzakirə ediblər.
Qeyd edək ki, İran xarici işlər naziri Abbas Arakçı bu gün İrəvana səfər edib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Onu hava limanında Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan qarşılayıb. Səfər çərçivəsində onun rəsmi şəxslərlə görüşü gözlənilir.
Politoloq Natiq Miri “Sherg.az”a bildirib ki, Ermənistan rəhbərliyi indiki vəziyyətdə İranı regionda özünün yeganə təhlükəsizlik hamisi kimi görür:

“İran verdiyi açıqlamalarla bunu hər zaman bəyan edir. Eyni zamanda Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin qırmızı xətləri olduğunu söyləyirlər. Ona görə də indiki həssas vəziyyətdə bir sıra məsələlərin İran dövlətiylə müzakirə predmentinə çevrilməsinə ehtiyac var. İranın İrəvana qırmızı xətt münasibəti kontekstində Ermənistan-Rusiya əlaqələri və gələcək perspektiv müzakirə olunacaq. Ermənistanı narahat edən əsas məqamlardan biri budur. Çünki Ukrayna savaşı kontekstində Amerika və Rusiya yaxınlaşması baş verir. Prosesin isə hansı yöndə inkişaf edəcəyi ilə bağlı Ermənistanda qeyri-müəyyənlik və narahatlıqlar var. Digər bir məsələ isə Ermənistanın Azərbaycanla sülh məsələsidir. İki ölkə prinsipial olaraq sülh mətnini razılaşdırıblar. Ancaq sözügedən mətn razılaşdırılmış olsa belə, hələlik ilkin sülh sənədinin imzalanması üçün konkret qərar yoxdur. Bu məsələ fonunda İranın münasibəti Ermənistan üçün vacibdir”.
Ekspert qeyd edib ki, sülh mətninin razılaşdırılması ilə paralel Ermənistanın kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin gələcək taleyi ilə bağlı İranla müzakirələr ehtiyacı var:
“Çünki Ermənistan Zəngəzur dəhlizinin açılmasıyla bağlı qərar verməyə hazırlaşırsa, deməli, İranı bütün məqamlarla bağlı xəbardar etmək və mövqeyini öyrənmək niyyətindədir. Dövriyyədə Amerikanın yüzdən artıq hərbi texnikasının Ermənistana göndərilməsi və birgə təlimlərin baş tutması kimi məsələlər mövcuddur. Bu isə bəzi region ölkələrini, xüsusilə də Rusiyanı narahat edir. Təbii ki, bu məsələ indiki ABŞ, İsrail, İran gərginliyi fonunda Tehranı maraqlandırmaya bilməz. Hesab edirəm ki, bu məsələ kontekstində də açıqlama veriləcək və İranı narahat edən məqamın olmaması ilə bağlı nazir məlumatlandırılacaq. Türkiyə münasibətlər və sərhədlərin açılması da görüşlər zamanı müzakirə mövzusuna çevrilə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəli hansı xəstəliklərdə istifadə olunur?
06:00 22.05.2026
Sağlamlıq
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya