
Ermənistan Türkiyəyə Azərbaycansız yaxınlaşmaq istəyir - TƏHLİL
05:53 15.04.2025
Gündəm
528
Antalya Forumunda Ararat Mirzoyan siyasi manipulyasiya ilə məşğul olub
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Azərbaycanla münasibətlərin nizamlanması prosesi Ermənistan-Türkiyə gündəliyinin bir hissəsidir. Onun sözlərinə görə, ikitərəfli olmasa da, ən azı söhbətlər və təmaslar var:
"Ermənistan-Türkiyə dialoqu kontekstində Ankara tərəfi Ermənistan-Azərbaycan münasibətlərinə görə razılaşmaların icra tempinə müəyyən məhdudiyyətlər qoyur. Əslində bizim yanaşmamız fərqlidir. İnanırıq ki, Ermənistan-Türkiyə istiqamətində irəliləyiş Ermənistan-Azərbaycan nizamlanmasına müsbət təsir göstərəcək. Ancaq qavrayışda müəyyən fərq var, buna baxmayaraq, biz faydalı, əlverişli təsir göstərmək istəyini görürük".

Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Şərq"ə deyib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının Azərbaycan-Ermənistan arasındakı sülhdən asılı olması çox məntiqlidir. Professorun sözlərinə görə, İrəvan-Ankara əlaqələrinin 1993-cü ildə kəsilməsinin səbəbi məhz Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və Azərbaycan ərazilərini işğal etməsi olub:
"İrəvan-Bakı münasibətlərinin xarakteri eyni zamanda İrəvan-Ankara əlaqəlrərinin formalaşmasına təsir göstərir. Ermənistan bu məsələlərin bir-biri ilə əlaqələrndirilməsindən narahatdır. Ermənistan hazırda Türkiyə ilə münasibətlərin normallaşdırılmasının tərəfdarı ola bilər. Çünki Türkiyə kimi bir ölkə ilə Ermənistanın iqtisadi-ticari əlaqələrinin, siyasi münasibətlərinin normallaşdırılması kontekstində qurulması İrəvan üçün təsirli çıxış yoludur. Ona görə də A.Mirzoyan məhz bu məqama vurğu edir və İrəvan-Ankara münasibətlərinin İrəvan-Bakı əlaqələrinin xarakterindən asılı olmamasını istəyir. Ermənistan qısa zamanda Türkiyə ilə münasibətlərini normallaşdırmaq istəyində olsa da, yaxın zamanda Azərbaycanla sülhü imzalamaqda maraqlı görünmür. İrəvan Azərbaycanın prinsipial şərtlərinə əməl etmək niyyətində deyil".
Analitik vurğulayıb ki, Azərbaycan tərəfi dəfələrlə vurğulayıb ki, Konstitusiyada dəyişiklik edilməli və Minsk qrupu buraxılmalıdır: "Mirzoyan Ermənistan hökumətinin Minsk qrupunun ləğvi ilə bağlı addım atmağa hazır olduğunu desə də, İrəvanın ziddiyyətli mövqeyi hamıya bəllidir. Hansısa məsələ ilə bağlı Ermənistan tərəfi açıqlama versə də, praktiki addımlarda bunu büruzə vermir. Adətən, Ermənistan rəsmilərinin bəyanatları deklorativ xarakter daşıyır. Antalya Forumunda da Ermənistan XİN başçısı siyasi manipulyasiya ilə məşğul olub. Həm Ermənistan-Azərbaycan, həm də paralel Türkiyə-Ermənistan münasibətlərinin normallaşması birbaşa İrəvanın səmimiyyətindən asılıdır. Ermənistan Qərbin təsirindən uzaqlaşma iradəsi göstərməlidir. Qərb regionda fərqli mənzərə görmək istəyir və bu mənzərə bölgə ölkələrinin maraqları ilə heç cür uzlaşmır. Ermənistan da müstəqil davranmaq imkanlarına malik deyil. Qərbdən gələn təlimatlar əsasında öz davranışlarını formalaşdırır. Bu da regionda əməkdaşlıq imkanlarını Ermənistan üçün məhdudlaşdırır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı
22:20 24.06.2026
Dünya
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət
Bakı onu Qırğızıstana təhvil verdi
18:04 24.06.2026
Hadisə