Ermənistanda silahlı qarşıdurma istisna deyil - ŞƏRH
Yusif Nəzərli
06:33 20.09.2025
Gündəm
345
Paşinyan həm Moskvanın, həm də seçicilərin təzyiqi altındadır
Baş nazir iki hədəfə çatmaqla, Ermənistanı blokadadan çıxarıb, inkişaf perspektivlərinin önünü açmağa çalışır
"Zəngəzur dəhlizi ("Tramp marşrutu") çərçivəsində hər şey qarşılıqlı olmalıdır". Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, bütün razılaşmalar qarşılıqlı olacaq və istənilən bənd həm Ermənistana, həm də Azərbaycana eyni dərəcədə şamil olunacaq. Bundan başqa, nazir vurğulayıb ki, tərəflər hələlik razılaşmaların bütün detallarını müzakirə etməyiblər.
Paşinyanın sözlərinə görə, kommunikasiyaların açılması və "Tramp marşrutu" ilə bağlı istənilən məsələyə əvvəllər bəyan edilmiş beş prinsip kontekstində baxılmalıdır. Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri münaqişənin sülh yolu ilə həlli ilə bağlı Birgə Bəyannamə imzalayıblar. Sənədə əsasən, Ermənistan Azərbaycanın Naxçıvanla quru əlaqəsini quracağı marşrutu inkişaf etdirmək üçün ABŞ-yə 99 il müddətinə eksklüziv uzunmüddətli hüquqlar verəcək. ABŞ tərəfi torpaq sahəsini infrastruktur və idarəetməyə cavabdeh olan konsorsiuma subicarəyə verməyi planlaşdırır. Hər iki ölkənin xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması ilə bağlı birgə müraciət də imzalayıblar. Həmçinin Ermənistan və Azərbaycanın xarici işlər nazirləri gələcək sülh sazişinin mətnini paraflayıb və daha sonra onu dərc ediblər.
Politoloq Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında vurğulayıb ki, Paşinyan hakimiyyətini hazırda iki önəmli məsələ narahat edir. Ekspertin fikrincə, baş naziri narahat edən birinci məsələ Azərbaycanla sülh sazişinin imzalanması, digəri isə Zəngəzur dəhlizinin açılmasıdır:
"Paşinyan bu iki hədəfə çatmaqla, Ermənistanı blokadadan çıxarıb, inkişaf perspektivlərinin önünü açmağa çalışırlar. Təbii ki, burada Azərbaycanın şərtləri xüsusi rol oynayır. Ermənistan həmin şərtlərə uyğun davranmaq məcburiyyətindədir. Ancaq Paşinyan hakimiyyətinin kifayət qədər ciddi problemləri mövcuddur. Bu problemlər daxili-siyasi proseslərlə, həm də xarici təzyiqlərlə bağlıdır. Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir. Bunun üçün Ermənistanda Rusiya kəşfiyyatının agentura şəbəkəsi, yəni erməni Kilsəsi, oliqarxiyası, radikal-revanşist düşərgə hərəkətə gətirilib. Ehtiyac yaranacağı təqdirdə növbəti mərhələdə Ermənistanda silahlı qarşıdurma yarada biləcək qüvvələr hərəkətə gətirilə bilər. Ermənistanda silahlı qarşıdurma qətiyyən istisna deyil. Ölkə vətəndaş müharibəsinədək inkişaf edəcək prosesin başlanğıcındadır. Bu da Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri ilə bağlıdır".
Analitik vurğulayıb ki, Paşinyan hakimiyyəti bu reallığı nəzərə alır:
"Rusiyaya ciddi şəkildə müqavimət göstərə bilməsə də, Rusiyanın Ermənistandakı agentura şəbəkəsinin fəaliyyət məkanını və imkanlarını məhdudlaşdırmaq istiqamətində müəyyən addımlar atır. Ona görə hesab etmək olar ki, hazırda Baş nazir Nikol Paşinyanın açıqlamaları böyük ölçüdə daxili auditoriyaya hesablanıb. Çünki növbəti parlament seçkilərində hakimiyyətini qorumaq niyyətində olan Baş nazir N.Paşinyan seçiciləri öz tərəfinə çəkmək məcburiyyətindədir. Ona görə həm sülh sazişi, həm də Zəngəzur dəhlizi ilə bağlı Baş nazir Nikol Paşinyan da, onun hakimiyyət komandasının digər üzvləri də daha çox seçkiyə hesablanmış bəyanatlar səsləndirirlər. Daxili auditoriyanı rəqib düşərgəyə meyillənməkdən yayınmağa çalışırlar. Son vaxtlar Paşinyanın açıqlamaları gələcəkdə baş verəcək geopolitik hadisələrin ifadəsi deyil, daha çox ölkədədaxili proseslərin tənzimlənməsinə yönəlik açıqlamalardır. Növbəti parlament seçkilərinin nəticələri məlum olanadək Paşinyan hökumətinin təmsilçiləri tərəfindən reallığa tam uyğun gəlməyən ifadələrin səslənməsi təəccüb doğurmamalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:54 07.07.2026
Gündəm
Ukrayna Rusiyanın 8 tankerini vurdu
13:49 07.07.2026
Dünya
Ekoloji izi azaldan təlim: “Yaşıl Yol Xəritəsi” Gəncədə
13:44 07.07.2026
Ölkə
Türkiyənin hərbi üstünlüyünün sirri... - Gülər
13:32 07.07.2026
Gündəm
Buna görə cərimələr müəyyənləşir
13:28 07.07.2026
Gündəm
Pensiyalar nə vaxt veriləcək?
12:26 07.07.2026
Sosial
Ankarada 36-cı NATO Sammiti başlayıb - FOTO
12:12 07.07.2026
Gündəm
Mərdəkanda dənizdə nəzarətsiz ərazidə 16 yaşlı oğlan batıb
12:06 07.07.2026
Hadisə
Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
11:59 07.07.2026
Aktual
Abşeronda silah-sursat tapıldı - VİDEO
11:49 07.07.2026
Hadisə
Şavkat Mirziyoyev İordaniya XİN başçısını qəbul etdi
11:34 07.07.2026
Dünya
Baş nazir İstanbulda turist oldu: Tarixi məkanları ziyarət edib
11:34 07.07.2026
Gündəm
İndoneziyada Levotobi vulkanı yenidən püskürdü
10:35 07.07.2026
Hadisə
Tramp, Makron və NATO-ya üzv 32 ölkənin lideri Türkiyədədir
10:28 07.07.2026
Gündəm