
Ermənistanın silahlanması, hərbi təlimlər keçirməsi faydasızdır - EKSPERT
Yusif Nəzərli
09:12 26.03.2025
Gündəm
640
İrəvan nə Qərbə güvənə bilir, nə də Rusiyaya yenidən qayıtmaq şansı var
ABŞ-nin mümkün erməni-amerikan hərbi təlimləri üçün Almaniyanın Dülmen hərbi bazasından Ermənistandakı Çar poliqonuna hərbi texnika daşımağı planlaşdırdığı barədə məlumat yayılıb. Məlumata görə, nəqliyyat vasitələri, generatorlar, ixtisaslaşdırılmış konteynerlər də daxil olmaqla, 151 ədəd texnikanın daşınması nəzərdə tutulur.
ABŞ Müdafiə Nazirliyi məlumatı şərh etməyib. Erməni politoloq Suren Sərkisyan deyib ki, bu, yaxın vaxtlarda elan olunacaq hərbi təlimlərə hazırlıq işləri ilə bağlıdır. Onun sözlərinə görə, ötən il də eynilə bu tarixdə - iyulun 16-dan avqustun 7-dək Ermənistan-ABŞ təlimləri keçirilmişdi: "Sözügedən Amerika texnikası əvvəlki hərbi təlimlərdən sonra olduğu kimi, sentyabrın 20-dək Ermənistanda qalacaq”. Rusiyalı analitik, ermənipərəst Stanislav Tarasov isə erməni mediasına açıqlamasında məlumatın rəsmən təsdiqlənməsi gərəkdiyini vurğulayıb: "Birincisi, bu məlumat təsdiqlənməlidir. Çünki bu, İrəvanın vəziyyətini daha da çətinləşdirə bilər. İkincisi, ABŞ-nin Ermənistanla birgə hərbi təlimlər keçirməklə bağlı mümkün qərarı heç bir halda geosiyasi mülahizələrdən irəli gəlmir. Bu, yalnız Ermənistanın düşdüyü vəziyyəti çətinləşdirəcək, çünki sülh müqaviləsinin imzalanması perspektivi yoxdur. ABŞ hazırda Ukrayna məsələsi ilə məşğuldur. Ermənistanın bu hərbi təlimləri regionda ön plana çıxarması marginal xarakter daşıyır. Orada heç bir perspektiv yoxdur və bu, Ermənistana problem yaradır, təhlükəsizliyini təmin etmir”.

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan uzun müddətdir Qərbə yaxınlaşmağa çalışır.
Lakin ekspert vurğulayıb ki, hazırda Avropa Birliyinin Ermənistana ciddi dəstək vermək niyyəti yoxdur:
"Avropa özü təlatümlər içindədi. ABŞ prezidenti Donald Trampın yeritdiyi siyasət Avropanı çaş-baş salıb. Avropaya bugünədək bütün təhlükəsizliyi ABŞ verib. Belə məqamda Aİ missiyasının, ABŞ-dən olan məsləhətçilərin edə biləcəyi nəsə yoxdur. Digər Qərb ölkələri də "məsləhətçilərini" Ermənistana göndərə bilərlər. Amma məsələ ondadır ki, bunlar Ermənistana nə verə bilər? Ukrayna Avropanın təhlükəsizliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Çünki ön cəbhədir. Özünü Qərbin təhlükəsizliyinə qurban verən Ukraynaya verilən 100 milyard dollardan çox vəsaitin yarıdan artığı borc kimi verilib. Üstəlik, Ukrayna Ermənistanla müqayisədə Qərb üçün dəfələrlə əhəmiyyətlidir. Belə məqamda Ermənistan Qərbdən istədiyi siyasi-hərbi yardımı ala bilərmi? Fransa dünyada ən çox silah satan ölkələrdəndir. Ermənistana da silahı satır, pulsuz vermir. Ermənistanın hazırda əsas ticarət tərəfdaşı Rusiyadır. Bugünədək Qərblə İrəvan arasında ancaq danışıqlar gedib. İqtisadi yöndə, sərmayə qoyuluşu ilə bağlı Ermənistana real dəstək varmı? Yoxdur. Əslində Ermənistan hökumətinin çaş-baş qalması da bununla bağlıdır. Nə Qərbə güvənə bilir, nə də Rusiyaya yenidən qayıtmaq şansı var. Ermənistanın iddia edildiyi kimi ciddi hərbi hazırlıq içində olduğunu da düşünmürəm. İrəvan öz gücünü də bilir, Bakının gücünü, nəyə qadir olduğunu da yaxşı bilir. Azərbaycanın yanında Türkiyə var. Ermənistanın silahlanması, hərbi təlimlər keçirməsi faydasızdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlə bəyanat
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə