
Ermənistanın üçtərəfli bəyanatdan qaçması Rusiyada qıcıq doğururb - Politoloq
Yusif Nəzərli
09:11 28.03.2025
Gündəm
424
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı üçtərəfli razılaşmalara toxunaraq bildirib ki, əgər Ermənistanın rəsmi mövqeyi dəyişibsə, bu, ölkənin suveren hüququdur.
Lakin onun sözlərinə görə, İrəvanın bu barədə müvafiq səviyyədə rəsmi bəyanat verməsi daha düzgün olardı. Zaxarova vurğulayıb ki, nəqliyyat marşrutlarının bərpası və modernləşdirilməsi təkcə regionun logistikasına deyil, həm də Ermənistanın və bütövlükdə Cənubi Qafqazın sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək. O xatırladıb ki, 2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması barədə yüksək səviyyədə razılıqlar əldə olunub və bunun icrası üçün üçtərəfli işçi qrupu yaradılıb. Rusiyalı diplomat həmçinin bildirib ki, bu prosesin həyata keçirilməsinə Qərb ölkələrinin destruktiv təsiri mane olur. O qeyd edib ki, işçi qrup çərçivəsində Ermənistan və Azərbaycan arasında nəqliyyat marşrutlarının hüquqi və texniki parametrlərinin razılaşdırılması istiqamətində ciddi işlər görülüb. Bununla belə, Ermənistan hakimiyyətinin mövqeyi zaman-zaman dəyişir və bu da Rusiyada suallar doğurur.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a söyləyib ki, Ermənistanın hazırda sərgilədiyi qeyri-konstruktiv mövqe, yəni üçtərəfli bəyanatın bəndlərindən qaçması faktiki olaraq Rusiyada da qıcıq doğurur:

“Çünki rəsmi İrəvan bəyanatda qeyd olunan şərtlərə əməl etmək istəmir. Məsələn, üçtərəfli bəyənatda kommunikasiya xətlərinin açılması öz əksini tapıb. Bunun əsas halqası isə Zəngəzur dəhlizinin açılmasından keçir. Görünən odur ki, Zəngəzur dəhlizinin açılması məsələsində Ermənistan bəzən mülayim mövqe sərgiləsə də, daha sonra üçüncü tərəflərin müdaxiləsinə görə prosesdən yayınır. Ermənistan höküməti kommunikasiya xətlərinin açılmasıyla bağlı xarici və daxili təzyiqlərə tab gətirə bilmir. Lakin kommunikasiyaların açılması Ermənistanın xeyrinədir və ən çox da onlar qazanacaq. Zəngəzur Orta dəhliz layihəsinin əsas tərkib hissəsidir. Yəni Çindən Avropaya olan əsas tranzit yolu Zəngəzur dəhlizi vasitəsilə həyata keçirilə bilər. Eyni zamanda Zəngəzur dəhlizi qlobal əhəmiyyətli bir layihədir. Qərb dünyasının Mərkəzi Asiya ilə əlaqələrinin güclənməsində Zəngəzur böyük rol oynayacaq. Ancaq Ermənistan təəssüflər olsun ki, belə qlobal layihələrdə iştirak edərək qazanmaq əvəzinə əsassız iddialar səsləndirərək dəhlizdən boyun qaçırır. Ermənistan üçtərəfli bəyanatın şərtlərinə əməl etmirsə, oradan çıxdığınə açıq şəkildə bəyan etməlidir. Buna uyğun olaraq Rusiya və Azərbaycan öz addımlarını atmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Həmzət ona 1 milyon təklif etdi: Yeri de, döyüşək!
03:23 08.10.2026
İdman
Ağ Ev Pentaqona İrana zərbələrlə bağlı tapşırıq verdi
02:46 08.10.2026
Son dəqiqə
Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham edib
01:21 08.10.2026
Aktual
Qətər sahillərində tankerə zərbə endirildi
00:59 08.10.2026
Gündəm
KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
00:20 08.10.2026
Aktual
Əgər mənə Nobel mükafatını verməsələr... - Tramp
22:39 07.10.2026
Dünya
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
22:02 07.10.2026
Hadisə
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
21:37 07.10.2026
Cəmiyyət
Litva Kalininqrad sərhədinə ordu yerləşdirmək istəyir
21:20 07.10.2026
Dünya
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:40 07.10.2026
Hadisə
Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
20:31 07.10.2026
Sosial
Prezident Messidən danışdı: İnanılmazdır!
20:23 07.10.2026
Futbol
Zelim Tçkayev: Rəqibim güclü idi, heç bir bəhanə yoxdur
20:12 07.10.2026
İdman
Rusiya Çerniqova hücum etdi: 18 ölü, 55 yaralı
20:04 07.10.2026
Gündəm
Ukrayna beş fərqli atəşkəs formatı üzərində işləyir
19:40 07.10.2026
Dünya