ETİRAZ: “Tras”larda işıqlar niyə yanmır ? – Ətraflı izah
Məlahət Rzayeva
11:54 18.07.2019
Gündəm
2463
Elməddin Muradlı: “Köhnə işıq dirəklərində indi quşlar yuva qurub. Yol-nəqliyyat qəzalarının səbəbləri arasında işıqlandırma sistemi başlıca yer tutur”
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova magistral yollardakı bərbad durumdan yazıb. Status paylaşan birlik sədri Gəncə-Qazax yolunda işıqlandırma sisteminin olmadığını qeyd edib:
“İki gun bundan əvvəl “İpək yolu” ilə Gəncəyə gedirdim. Gəncə-Qazax yolu boyunca küçələrdə bir dənə də olsun işıq yanmırdı. Hacıqabuldan o tərəfə də bir işıq yanmır. Səhər bütün günü iclasda olduğum üçün axşam tərəfi yola çıxdım və məhz o işıqsızlığa görə, 4 saatlıq yolu 6 saata çatdım. Baxmayaraq ki, yol iki tərəflidir, amma bu, təhlükəni azaltmır.
Əgər yol bir xətt və iktərəfli olsa nə baş verər? Ümumiyyətlə, eyni hal bir çox rayonlara gedən yollarda mövcuddur. Ya görürsən günün günorta çağı işıqlar yanır, ya da gecə işıqsız yollarla hərəkət etməli olursan. Düşünürəm ki, qəzaların bir səbəbi də məhz işıqların yanmamasıdır”.
Qeyd edək ki, M.Zeynalova həm də sürücü xanım kimi fikrini bildirib. Və deyib ki, qəzalarda sürücüləri qınamaqdansa, bir az da yol boyu işıqların yanmadığını dilə gətirin:
- “Tras”larda işıqlar niyə yanmır? Göz-gözü görməyəndə qəza da olacaq.
Yollarda işıqlandırma sisteminin olmaması sürücüləri narahat edən əsas problemdir.
Avtosfer.az. saytının baş redaktoru Elməddin Muradlı “Sherg.az”a açıqlamasında paytaxt və respublika əhəmiyyətli yollarda işıqlandırma sisteminini həqiqətən də bərbad olduğunu təsdiqlədi:
Yollarda işıqlandırma sistemi nəinki yenidən qurulmayıb, hətta sovet vaxtında mövcud olmuş sistem də dağıdılıb. Köhnə işıq dirəklərində indi quşlar yuva qurub. Yol-nəqliyyat qəzalarının səbəbləri arasında işıqlandırma sistemi başlıca yer tutur. Bütün sürücülər peşəkar deyil.
Gecə saatlarında hərəkət edən sürücülər işıqlandırma sisteminin olmaması səbəbindən real qəza vəziyyətiylə üzləşirlər. Yolların işıqlandırılması ilə bağlı ciddi düşünülməlidir.
Magistral yollar çəkilir, dövlət büdcəsindən yol çəkilişlərinə bu qədər vəsait ayrılır, amma işıqlandırma sistemini düşünən yoxdu. Gürcüstanda bütün yollar gecə-gündüz işıqlandırılır.
Bizdə isə, hətta paytaxtda da gecə saatlarında yolkənarı işıqlar yanmır. Qeyd edim ki, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün” Dövlət Proqramı təsdiqlənib. Dövlət Proqramında işıqlandırma sisteminin yenidənqurulması da əksini tapıb.
Ümid edək ki, proqramın icrası problemləri aradan qaldırar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan səfiri etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
19:29 07.10.2026
Gündəm
Qalibaf: İranın müxalifləri ölkədə zorakılıq yaratmağa çalışır
19:03 07.10.2026
Dünya
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
19:02 07.10.2026
Hadisə
Ceyhun Bayramov: “Orta Dəhlizin beynəlxalq ticarətdə rolu artır”
18:46 07.10.2026
Gündəm
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya