“Fransanın niyyəti əvvəldən bizə məlumdur. Bu ölkə Türkiyə ilə Aralıq dənizində mübarizə apararkən diqqəti başqa yönə çəkmək üçün Birləşmiş Ərəb Əmirliyi ilə birlikdə Ermənistanı təxribata çəkdi.
"Fransanın niyyəti əvvəldən bizə məlumdur"
Turan
13:49 28.11.2020
Gündəm
737
Türk professor: "Azərbaycan tərəfi diplomatik və hüquqi mücadilə prosesini daha da genişləndirməlidir"
“Rusiyanın sülhməramlı qüvvələrinin Dağlıq Qarabağa gəlişi Fransanı bölgə ilə bağlı yeni həmləyə sövq etdi”.
Bunu “Şərq”ə türkiyəli professor, “Qafqaz Strateji Araşdırmalar” Mərkəzinin rəhbəri Hasan Oktay deyib. Professor bildirib ki, Fransa özü ilə yanaşı bir sıra dövlətlərdə də qondarma “respublika”nı tanıtdırmağa çalışır.
Mərkəz rəhbərinin sözlərinə görə, müəyyən problemlərlə üzləşməmək üçün Azərbaycan tərəfi diplomatik və hüquqi mücadilə prosesini daha da genişləndirməlidir:
“Fransanın niyyəti əvvəldən bizə məlumdur. Bu ölkə Türkiyə ilə Aralıq dənizində mübarizə apararkən diqqəti başqa yönə çəkmək üçün Birləşmiş Ərəb Əmirliyi ilə birlikdə Ermənistanı təxribata çəkdi.
Fransanın təhriki ilə Ermənistan Azərbaycanın Tovuz rayonu istiqamətində hücuma cəhd göstərdi. Azərbaycanın təmkinli davrandığını, təhriklərə getmədiyini görən Fransa və BƏƏ Ermənistanın əliylə növbəti təxribatı Qarabağ bölgəsində həyata keçirdi.
Lakin bu dövlətlərin çirkin niyyəti və Türkiyəyə hesablanmış planları baş tutmadı.
Azərbaycan Ordusu Türkiyənin hərtərəfli dəstəyi və BMT-nin qəbul edilmiş qətnamələrinə əsaslanaraq, düşmənin təxribatlarına birdəfəlik son vermək qərarına gəldi.
Nəticədə 44 günlük savaş başladı və Azərbaycanın qələbəsi ilə yekunlaşdı. Bununla həm də Fransa kimi düşmən ölkələrin layiqli cavabı verilmiş oldu”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır
20:25 23.06.2026
Gündəm
Ağcabədidə itkin düşən qohumlar tapılıb - YENİLƏNİB
20:14 23.06.2026
Hadisə
ABŞ-nin İranın sərt tələblərinə dözməyinin səbəbi var - ŞƏRH
20:00 23.06.2026
Gündəm
Putin: Sülh danışıqları Ukraynanın təşəbbüsü ilə dayandırılıb
19:14 23.06.2026
Dünya
Türkiyə parlamentinin sədri Azərbaycana gəlib
18:59 23.06.2026
Siyasət
Azərbaycan və Türkmənistan strateji ittifaq qurur - TƏHLİL
18:52 23.06.2026
Siyasət
İran bütün ölkə ərazisi üzərində hava uçuşlarını tam bərpa edib
18:45 23.06.2026
Region
Tramp artıq Putinə inanmır, Zelenskiyə çağırış etdi - KİV
18:38 23.06.2026
Dünya
Hakan Fidan Azərbaycanın Türkiyədəki səfiri ilə görüşdü
18:30 23.06.2026
Dünya
Livan Prezidenti: İsrailin heç bir şərtini qəbul etməyəcəyik
18:16 23.06.2026
Dünya
Polşa Baş naziri: Ölkədə anti-Ukrayna ab-havası hökm sürür
17:57 23.06.2026
Dünya
Zelenski Polşaya səfərdən imtina etdi
17:49 23.06.2026
Dünya