Fransız siyasətçi: Aİ Ukraynada sülhə mane olur

Avropa İttifaqı Ukraynada sülhün bərpa olmasına əngəl törədir.

Teleqraf xəbər verir ki, bunu fransız siyasətçi və “Patriotlar” partiyasının lideri Floriаn Filippo deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Ukrayna prezidenti Volodimir Zelenskini barışmaz mövqe tutmağa sövq edir.

Filippo Rusiyanın elan etdiyi Pasxa atəşkəsini “irəliyə doğru müsbət addım” kimi qiymətləndirib:

“Əgər bu atəşkəs sülh danışıqlarını yenidən başlatmağa imkan verəcəksə, o zaman hər cür danışıq müsbət qarşılanmalıdır”, – deyə o qeyd edib.

Siyasətçi hesab edir ki, Avropa İttifaqından ayrılmış Fransa Ukraynada sülhün əldə olunmasına töhfə verə bilərdi.