Fuat Oktay: Sülh prosesinin ən qısa vaxtda yekunlaşmasına ümid edirik
Yusif Nəzərli
07:26 07.12.2024
Gündəm
434
Hər sahədə əməkdaşlığımız iki dost ölkənin deyil, iki qardaşın öz arasında əməkdaşlığı kimidir.
APA xəbər verir ki, bunu “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay deyib.
Fuat Oktay bildirib ki, həm ikitərəfli səviyyədə, həm də Türk Dövlətləri Təşkilatı başda olmaqla bütün platformalarda dövlət başçılarımızın və millətimizin ortaya qoyduğu güclü iradə istiqamətində 21-ci əsrdə də tarix yazmağa davam edirik: "Şərq və Qərbi, Asiyanı və Avropanı bir-birinə bağlayan bir coğrafiyada yerləşən ölkələrimiz arasındakı iqtisadi və ticarət əlaqələri həm bölgənin, həm də qlobal iqtisadiyyatın sabitliyinə və rifahına töhfə verir".
O qeyd edib ki, dünyanın bir çox bölgəsində qeyri-sabitliyin şahidi olmaqdayıq: "Suriyadakı son hadisələr, Rusiya-Ukrayna müharibəsi kimi yanımızda baş verən hadisələr əlaqələrimizin daha da gücləndirilməsini labüd edir. Azərbaycan-Ermənistan arasında sülh prosesinin ən qısa vaxtda yekunlaşmasına ümid edirik. Qarabağ savaşı nəticəsində əldə edilən bu fürsət bölgənin inkişafı üçün bir şansdır”.
Fuat Oktay Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunu vurğulayıb: “Bizlər Laçını Ankaradan ayrı görmürük. Bəxtiyar Vahabzadənin də dediyi kimi, bizlər eyni ananın iki oğlu, eyni ağacın iki budağıyıq. Bayraqlarımız, vətənlərimiz, dövlətlərimiz, parlamerntlərimiz daim olsun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp: Bəlkə də, Əli Xameneini öldürməməli idik
16:37 13.10.2026
Gündəm
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm