Gəncə sakinindən Prezidentə : “Hər zaman Azərbaycanı bəlalardan qoruyursunuz”
16:46 15.04.2020
Gündəm
738
Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, göstərdiyi diqqət və qayğıya görə ölkənin bütün bölgələrindən Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.
"Sherg.az" Prezidentin saytına istinadla xaricdə təhsil alan Gəncə sakini Veysəl Vəliyevin bu addımlara görə ölkə başçısına minnətdarlıq məktubunu təqdim edir.
V. Vəliyev Moskvadan ölkəmizə gələrkən burada karantində saxlandığını yazır:
“Mən O.Kutafin adına Moskva Dövlət Hüquq Universitetində magistr təhsili alıram və Sizin göstərişinizlə martın 27-də xüsusi reyslə Rusiyadan ölkəmizə gətirilən tələbələrdən biriyəm. Bizi Heydər Əliyev Beynəlxalq Aeroportundan birbaşa Atletlər kəndinə apardılar. Əvvəlcədən burada hər cür şərait yaradılmışdı. Ölkəmizin malik olduğu bu imkanlar məni qürurlandırdı. Çünki böyük dövlətlərin koronavirusa qarşı mübarizədə neçə çarəsiz qaldıqlarını hamı görür. Ancaq xaricdən gələn tələbələrimizə burada göstərilən diqqət və qayğı mükəmməl idi. Səliqə-sahman, vaxtında düzgün qidalanma, müayinə, həkimlərin xüsusi diqqəti məni çox sevindirdi. Karantində 14 gün qaldıqdan sonra evimizə göndərildik. Artıq ailəmə qovuşmuşam.
Cənab Prezident, karantin müddətində mənə göstərilən diqqət və qayğıya görə həm öz adımdan, həm də valideynlərimin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, Azərbaycanımızın Sizin kimi lideri var. Siz hər zaman Azərbaycanı böyük bəlalardan qoruyursunuz. Ona görə də mən bir Azərbaycan gənci olaraq Sizinlə fəxr edirəm. Bir hüquqşünas kimi söz verirəm ki, yürütdüyünüz müstəqil siyasətinizin hər zaman dəstəkçisi olacağam. Tanrı Sizi qorusun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət