Generalın koordinatı verilib? – Müəmma üzə çıxır: “Zərbə dəqiq olub və...” – Xəyanətin izi
Yusif Sultanoğlu
12:15 03.02.2021
Gündəm
1904
Yaşar Aydəmirov: “Tovuz təxribatı əvvəlcədən hazırlanmışdı. Bu Ermənistanın işi deyildi. Başqa iri dövlətlərin işidir”
Osman Gündüz: “Ppeyk və rabitə texnologiyalarından istifadə etməklə onların koordinatlarını müəyyən ediblər”
Sülhəddin Əkbər: “Bu konkret hadisədir.Cinayət mövcuddursa, təşkilatçıları da qanun qarşısında cəzalarını almalıdırlar”
Vaqif Dərgahlı: “Şaiyələr üzərindən danışmaq istəmirəm”
General-mayor Polad Həşimovun və digər yüksək rütbəli zabit heyətinin şəhid olmasının ardından cəmiyyətdə bir sıra iddialar gündəmə gəldi. Həmin dönəmdə generalın olduğu ərazinin koordinatlarının qarşı tərəfə ötürüldüyü, onun vurulmasında bir xəyanətkar əlinin varlığından danışıldı. Hətta cənab Həşimovun o zamanki Baş Qərargah rəisi Nəcməddin Sadıkovla gərginlik yaşadığı, bundan sonra məlum hadisənin baş verdiyi söylənildi.
O vaxt mövzu ilə bağlı mətbuata açıqlama verən keçmiş korpus komandiri, general-leytenant Yaşar Aydəmirov bildirdi ki, erməni ordusu Polad Həşimovun hərəkət trayektoriyasını izləyə bilməzdi:
“Ermənilərdə belə dəqiq silahlar yoxdur. Kənardan onlara yardım edilib. General daim qərargahda oturmur. O daima hərkətdə olur. Tovuzda baş verən təxribat əvvəlcədən hazırlanmışdı. Bu Ermənistanın işi deyildi. Başqa iri dövlətlərin işidir...”.
Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz general Yaşar Aydəmirovun fikirlərini şərh edib:
“General Aydəmirovun dediyindən belə güman etmək olar ki, mərhum general Polad Həşimovun və onu müşayiət edənlərin hərəkət trayektoriyası peyk ailəsinin üzvü olan qonşu ölkələrin peyklərinin köməyi ilə izlənib.
Düşünmək olar ki, bu məqsədlə generalın və ya onu müşayiət edənlərin istifadəsində olan xüsusi rabitə vasitələrinə müdaxilə olub. Yeri gəlmişkən, maraqlıdır, görəsən bizim hərbidəki xüsusi rabitə vasitələrimiz hansı ölkənin istehsalıdır və hərbi üçün rabitə infrastrukturunu kim qurub?
Beləliklə, güman etmək olar ki, peyk və rabitə texnologiyalarından istifadə etməklə onların koordinatlarını müəyyən ediblər və bu koordinatlar dərhal, real vaxt müddətində erməni ordusuna yönləndirilib.
Peyklə koordinat müəyyən edib, həmin kordinata zərbə endirmək bir an məsələsidir. Zərbə isə dəqiq olduğundan düşünmək olar ki, general Polad Həşimovun vurulması ilə bağlı bütün hazırlıqlar və müşahidələr öncədən, real vaxtda ermənilərlə qarşılıqlı formada həyata keçirilib”.
Eyni zamanda Müdafiə Nazirliyindən iddiaların, ittihamların əsassız olduğu bildirilib. Buna baxmayaraq hələ də məlum olay cəmiyyətdə müzakirə olunur.
Məsələ ilə bağlı “Sherg.az”a danışan keçmiş Milli Təhlüksəsizlik nazirinin müavini Sülhəddin Əkbər deyib ki, cinayətə dair ciddi əsaslar varsa, araşdırma aparılmalıdır:
“Bununla bağlı sualınızı Baş Prokrorluğa, Hərbi Prokrorluğa və Müdafiə Nazirliyinə yönəldin. Heç bir istintaq olmadan kiminsə açıqlama verməsi yanlışdır. Dediyim kimi bu konkret hadisədir. Şübhə üçün ciddi əsaslar varsa, obyektiv araşdırma aparılmalıdır. Əgər cinayət mövcuddursa, planlaşdırıcıları, təşkilatçıları da qanun qarşısında cəzalarını almalıdırlar. Ayrı-ayrı şəxslərin işi deyil, bunun üçün Baş prokrorluq, Hərbi prokrorluq, Müdafiə Nazirliyinin xususi idarəsi var. Həmçinin mənə aid sual deyil. Araşdırmamışam, necə deyə bilərəm ki, orda nə baş verib?”.
İddialara yenidən cavab almaq üçün Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı ilə əlaqə saxladıq. O, şaiyələr üzərindən danışmaq istəmədiyini söylədi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millimiz Moldovaya məğlub oldu
20:10 07.09.2026
Futbol
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur