"Girovların qaytarılması Azərbaycandan asılı məsələ deyil"
Fidan Həmişəyeva
09:11 12.11.2020
Gündəm
773
İlahə Hüseynova: "BQXK vasitəçi kimi əməliyyatın həyata keçirilməsində iştirak edir"
Azərbaycan və Rusiya Prezidenti, eyni zamanda Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatla Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə oldu. Hazırda gündəmdə olan əsas məsələlərdən biri də əsir və girovlarımızın geri qaytarılması ilə bağlıdır.
“Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, bəyanatda qeyd edilən bir maddə əsir və girovların qaytarılmasını əhatə edir:
“Bəyanatda cəsədlər, hərbi əsirlər, girovlar və habelə digər saxlanılan şəxslərin qaytarılması həyata keçiriləcək. Hesab edirəm ki, digər şəxslərə erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin də Azərbaycana təhvil verilməsi daxildir. Düşünürəm ki, onların hər ikisinin vətənə qayıtması da bu proseslərdə öz həllini tapacaq. Məsələnin həlli ilə bağlı bəyanatda öz əksini tapan öhdəlik çərçivəsində, yaxın zamanda bunun şahidi olacağıq”.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova girovlarımızın vətənə qaytarılmasının hansı formada mümkün olacağı barədə fikirlərini “Sherg.az”la bölüşüb.
O bildirib ki, girov saxlanılan vətəndaşlarımızın azad olunub vətənə qaytarılması faktiki olaraq BQXK-nin qərar verdiyi bir məsələ deyil:
“Bununla bağlı qərarı verən tərəf girovları saxlayandır. Yəni Ermənistan tərəfi girov olan şəxsin azad edilməsi və qarşı tərəfə-Azərbaycana qaytarılması barədə qərar verir. Belə olan halda BQXK vasitəçi kimi əməliyyatın həyata keçirilməsində iştirak edir. Amma hansısa qərar qəbul etmək və girovların vətənə nə zaman qaytarılması Azərbaycandan asılı deyil. Bu məqam BQXK-nin də təsir edə biləcəyi məsələ deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət