Ümumi daxili məhsul 3 faizə yaxın artıb, qeyri–neft sektorunda təxminən 7 faizə yaxın artım olub. Üç ayda ümumi daxili məhsul 1,1 faiz artıb. Qeyri–neft sektorunda isə 3 faizdən bir qədər çox artım qeydə alınıb. Qeyri–neft sənaye sektorunda artım 23 faiz təşkil edib. İnflyasiya 3 faiz səviyyəsində olub, əhalinin gəlirləri isə 7 faizə yaxın artıb. Üç ayda vergi və gömrük orqanları büdcəmizə proqnozdan əlavə 310 milyon manatdan çox vəsait daxil edib.
Göz önündədir: "Vətəndaşın dövlətə, hökumətə inamı artır
"
Şəymən Bayramova
11:35 17.04.2020
Gündəm
820
“Dövlət vətəndaş münasibətləri yeni müstəviyə qədəm qoyur”
“Həyata keçirilən islahatların nəticəsini artıq hər bir Azərbaycan vətəndaşı hiss edir”
2020-ci ilin birinci rübündə ölkəmizin makroiqtisadi göstəricilərində müsbət dinamika qeydə alınıb. Prezidentin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda da bəyan etdiyi kimi, ilin əvvəlindən başlayaraq Azərbaycanda islahatlar davam etdirilib. Yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial sahədə müsbət göstəricilər əldə olunub.
Ümumi daxili məhsul 3 faizə yaxın artıb, qeyri–neft sektorunda təxminən 7 faizə yaxın artım olub. Üç ayda ümumi daxili məhsul 1,1 faiz artıb. Qeyri–neft sektorunda isə 3 faizdən bir qədər çox artım qeydə alınıb. Qeyri–neft sənaye sektorunda artım 23 faiz təşkil edib. İnflyasiya 3 faiz səviyyəsində olub, əhalinin gəlirləri isə 7 faizə yaxın artıb. Üç ayda vergi və gömrük orqanları büdcəmizə proqnozdan əlavə 310 milyon manatdan çox vəsait daxil edib.
Millət vəkili Müşfiq Cəfərov bir çox həmkarları və ictimaiyyət üzvləri kimi Prezidentin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi göstəricilərini yüksək qiymətləndirib. Onun sözlərinə görə, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən islahatların nəticəsini artıq hər bir Azərbaycan vətəndaşı hiss edir:
“Ölkə başçısının da qeyd etdiyi kimi, 2020-ci ilin birinci rübündə ölkəmizin makroiqtisadi göstəricilərində müsbət dinamika qeydə alınıb. Artıq ölkəmiz yeni inkişaf mərhələsinə inamla qədəm qoyur və idarəetmədə təkmilləşmə göz qabağındadır. Bu amillər vətəndaşın dövlətə, hökumətə olan inamını artırır, dövlət vətəndaş münasibətləri yeni müstəviyə qədəm qoyur. Vətəndaşlarımız həmrəylik nümayiş etdirirlər. Hökümətin etdiyi yardımlardan əlavə imkanlı insanlar, iş adamları ehtiyacı olan həmvətənlərinə yardım əli uzadıllar, bu cür addımlar çox təqdirəlaiqdir”.
M.Cəfərov deyib ki, hökümət - həm iqtisadi sahədə, həm də sosial problemlərin həllində, zamanında və yerində olan çağırışlar edir, vətəndaşlarını qoruyur:
“Koronavirus pandemiyası ilə mübarizə tədbirləri, ölkə başçısı cənab İlham Əliyevin uzaqgörənliyi ilə baş tutub. Əks təqdirdə insan tələfatı, yoluxma halları həddindən artıq çox olardı.
Əgər bu koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyük olardı. Ancaq əminəm ki, biz bu ağır vəziyyətdən də çıxacağıq, iş yerləri bərpa ediləcək, insanlarımız öz əmək fəaliyyətlərini davam etdirəcək”.
Parlament üzvünün sözlərinə görə, pandemiya ilə mübarizə Azərbaycan hökümətinin öz vətəndaşını hər şeydən üstün hesab etməsini, vətəndaşının sağlamlığını qorumaq üçün əlindən gələni əsirgəməməsini bir daha sübut edib.
Oxşar xəbərlər
Paşinyan cəmiyyətini sülhdən başqa yolun olmadığına inandırmağa çalışır - Politoloq
19:43 16.09.2026
Hikmət Hacıyev: Qarabağda Qafqaz Albaniyasının zəngin xristian irsinin izləri görünür
19:33 16.09.2026
Xəbər lenti
Hamısına bax
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm