Gürcüstandan tarixi qərar: Azərbaycan yanacağı Ermənistana tam pulsuz daşınacaq!

Gürcüstan hökuməti Azərbaycan yanacağının Ermənistan ərazisinə tranzitini birdəfəlik və tamamilə pulsuz həyata keçirmək qərarı verib.

Sherg.az xəbər verir ki, bu barədə Gürcüstan xəbər saytları məlumat palaşıb. Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin açıqlamasına görə, 5 dekabrda tərəfdaş ölkələrdən daxil olan müraciət əsasında Baş nazir İrakli Kobaxidze “Gürcüstan Dəmir Yolları”na yüklərin dərhal və ödənişsiz daşınması tapşırığını verib. Nazirlik bildirir ki, Gürcüstan həm Azərbaycan, həm də Ermənistan üçün etibarlı tərəfdaş olaraq qalır və regionda sülhün, əməkdaşlığın tərəfdarıdır.