Türkiyə Xarici İşlər naziri Hakan Fidan İran və Səudiyyə Ərəbistanı ilə yanaşı, yeddi ölkənin xarici işlər nazirləri ilə danışaraq regiondakı hücumların dayandırılması üçün atıla biləcək addımları müzakirə edib.
Sherg.az xəbər verir ki, Fidan bu gün İran, İraq, Səudiyyə Ərəbistanı, Qətər, Suriya, Misir və İndoneziya xarici işlər nazirləri ilə telefon danışığı aparıb.
Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, dialoq zamanı regiondakı gərgin vəziyyət müzakirə olunub və hücumların dayandırılması üçün konkret tədbirlər qiymətləndirilib.
Qeyd edək ki, ABŞ və İsrail İrana qarşı genişmiqyaslı əməliyyatlara başlayıb. İsrail və ABŞ İran ərazisində hədəfləri vurarkən, Tehran da regiondakı ABŞ bazalarını hədəf almağa başlayıb.
İsrail ordusu əməliyyata “Aslanın Nəriltisi” adı verildiyini açıqlayıb.
Türkiyə və digər region ölkələri diplomatik səylərlə müharibənin daha da genişlənməsinin qarşısını almağa çalışır.