“İran vətəndaşları güllə ilə qarşılaşacaqlarını bilsələr də, dini rejimə qarşı etiraz üçün küçələrdədir, onlara görə susmaq cəsarət göstərməkdən daha təhlükəlidir”.
Teleqraf xəbər verir ki, bunu Avropa Parlamentinin İran üzrə nümayəndə heyətinin rəhbəri Hanna Noyman X-də İranda davam edən ümumxalq etirazları barədə yazıb.
“Bizim buradakı vəzifəmiz İranda baş verənlərə işıq tutmaqdır. Bu rejim legitimliyinin son zərrəsini də itirib”, - avropalı parlamentari vurğulayıb.