Hansı ölkə çətin vəziyyətə düşürsə, Türkiyənin qapısını döyür - RƏY
Yusif Nəzərli
06:52 19.02.2025
Gündəm
399
Rusiya ilə Ukrayna arasında may ayına qədər sülh əldə olunması ehtimalı yüksəkdir və burada Ankara da rol alacaq
Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilib. Zelenskinin Türkiyə səfərini dəyərləndirən ekspertlər hesab edir ki, bu səfər ABŞ və Rusiya rəsmilərinin Səudiyyə Ərəbistanında Kiyevin iştirakı olmadan yüksək səviyyəli danışıqlara hazırlaşdığı bir vaxtda baş tutub və Zelenski Ukraynanın iştirak etmədiyi görüşü və bu görüşdən çıxacaq hər hansı bir nəticəni qəbul etməyəcəyini bildirib.
Qeyd olunduğu kimi, Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqları fonunda Volodimir Zelenskinin Türkiyəyə R.T.Ərdoğanla görüşə getməsi ABŞ-Rusiya danışıqlarının nəticəsinin nə olmasından asılı olmayaraq nəticənin Ukrayna üçün məqbul olmayacağı mesajını verir. Daha doğrusu, Ukraynanın bu görüşdən gözləntilərinin olmadığı anlamına gəlir. Türkiyəyə səfərin mahiyyəti isə danışıqlar masasından kənarda qalan Avropanın yerinə Türkiyənin danışıqlara qatılmasının Ukrayna üçün daha səmərəli olacağını hesab edilməsidir. Zelenski R.T.Ərdoğanın danışıqlarda Ukraynanın maraqlarını qorumaq üçün təsir edə biləcəyini yaxşı başa düşür. Bu səfər də buna hesablanıb.
Siyasi ekspert Zəfər Əliyev “Sherg.az”a açıqlamasında deyib ki, siyasi müstəvidə hansı ölkə çətin vəziyyətə düşürsə, Türkiyənin qapısını döyür. Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ-dən gözlədiyi dəstəyi ala bilməyəcəyini anlayaraq Türkiyəyə səfər edib:
“O görür ki, Tramp administrasiyası Rusiya ilə münasibətləri normallaşdırmaq üçün hər cür sülh variantına açıqdır. Bu isə Ukraynanın maraqlarına uyğun deyil. Əgər məsələyə Türkiyə də daxil olarsa, Trampın söz verdiyi sülhü o yox, məhz Ərdoğan reallaşdıracaq. Türkiyə dövləti Livan və Suriya böhranlarından sonra Ukrayna münaqişəsinin həllində də həlledici rol oynaya bilər mi? Bunu zaman göstərəcək. Mövcud siyasi dinamikanı nəzərə alsaq, Rusiya ilə Ukrayna arasında may ayına qədər sülh əldə olunması ehtimalı yüksəkdir və burada Türkiyənin vasitəçi rolunun önəmli olacağı görünür. Ümumiyyətlə, qarşıdakı 5-10 il ərzində Türkiyənin qlobal siyasətdə təsir gücünün daha da artacağını və "dünyanın hegemon gücləri" arasında yer alacağını düşünürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:19 12.10.2026
Gündəm
"Şərq qapısı" qəzetinin əməkdaşı vəfat etdi
11:07 12.10.2026
Media
İnstaqram və TikTok-a girişdə problem yaranıb
10:57 12.10.2026
Texnologiya
Xəzər rayonunda müşavirə - Bir sıra şəxslər cəzalandırıldı
10:50 12.10.2026
Aktual
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - Foto
10:48 12.10.2026
Cəmiyyət