Həkim koronavirusdan qorunmağın yollarını GÖSTƏRDİ - Mühüm tövsiyə...
Şəymən Bayramova
14:18 04.03.2020
Gündəm
919
Zaur Orucov: “İnfeksiyadan qorunmaq üçün sağlam qidalanmaq, mövsümə uyğun geyinmək, əlləri tez- tez yumaq lazımdır. Özündə xəstəlik əlamətləri hiss edən şəxslər mütləq xəstəxanaya müraciət etməlidir"
“Bundan başqa, oturduğumuz otağı müntəzəm olaraq havalandırılmaq, xəstə insanlardan, ümumiyyətlə insanların kütləvi toplaşdığı yerlərdən maksimum uzaq durmaq gərəkir”
“Çində yayılmış koronavirusla əlaqədar ölkəmizdə də zəruri profilaktik tədbirlər həyata keçirilir və maarifləndirmə işləri aparılır”.
Bu barədə “Sherg.az”a həkim-hepatoloq Zaur Orucov bildirib.
O qeyd edib ki, infeksiyadan qorunmaq üçün ilk növbədə profilaktik tədbirlər həyata keçirilməlidir:
“Koronavirusu qripin digər növlərindən fərqləndirmək çox çətindir. Hər iki infeksiyanın simptomları eynidir: yüksək bədən hərarəti, tənginəfəslik və hərarət. Xəstəliyə yoluxan şəxsin koronavirus olub- olmadığını ancaq laborator müayinələr zamanı ayırd etmək mümkündür. İnsanlar qrip virusuna adi bir xəstəlik kimi yanaşdığından yoluxan heç kəs həkimə müraciət etmir. Türkəçarələr yolu ilə özünü sağaltmağa çalışır. Məhz bu səbəbdən koronavirus dünyanı öz ağuşuna aldı. Bu virus ilk dəfə Çində qeyd alınan zaman insanlar həkimə müraciət edib tədbir görsəydilər, indi digər dünya ölkələri bu virus qarşısında aciz qalmazdı. Kəskin respirator xəstəliyin əlamətlərini özündə hiss edən hər kəs həkimə müraciət etməlidir ki, izolyasiya olunsun".
Həkimin fikrincə, "COVİD -19"un yeni bir virus növü olduğu üçün konkret inkubasiya dövrü tibbə bəlli deyil. Adi qripdən də kifayət qədər insanlar dünyasını dəyişir. Hətta ÜST-ün statistikasına diqqət etsək, bəzi ağır illərdə qripdən dünyasını dəyişən insanların sayı bir milyonu keçir:
"Koronavirusdan dünyasını dəyişən insanların sayı isə bu faiz nisbətində çox azdır. Koronavirus ciddi infeksion xəstəlikdir, bəzi hallarda insan tələfatına səbəb olur. Amma bununla bağlı təşviş yaratmaq lazım deyil. İnfeksiyadan qorunmaq üçün sağlam qidalanmaq, mövsümə uyğun geyinmək, əllərimizi tez- tez yuymaq lazımdır. Bundan başqa, oturduğumuz otağı müntəzəm olaraq havalandırılmaq, xəstə insanlardan, ümumiyyətlə insanların kütləvi toplaşdığı yerlərdən maksimum uzaq durmaq gərəkir. Yuxarıda da qeyd etdiyim kimi özündə xəstəlik əlamətləri hiss edən şəxslər mütləq xəstəxanaya müraciət etməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə