Həkim optimistdir: “Yoluxma aprelin ortalarına qədər davam edəcək, sonra...
Turan
15:03 09.04.2020
Gündəm
1303
Adil Qeybulla: “...Səngiməyə doğru gedə bilər. Bütün dünyada müşahidə olunan tendensiya budur”
Prezident İlham Əliyev koronavirus pandemiyasına qarşı həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Prezidentin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılıb.
Baş nazir Əli Əsədov da Nazirlər kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda bildirib ki, Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdədir və tibbi ləvazimatlar yetərincədir. Baş nazir vurğulayıb ki, görülən bütün tədbirlər yalnız bir məqsəd güdür: “Biz bu ağır sınaqdan minimum itki ilə çıxmalı, əhalinin sağlamlığını qorumalıyıq. Nəzərdə tutulmuş silsilə tədbirlər həyata keçirilir”.
Tibb sahəsində görülən mühüm işlərlə bağlı “Sherg.az”a fikirlərini bəyan edən tibb elmləri doktoru, professor Adil Qeybulla bəyan edib ki, koronavirus kütləvi bir yoluxma və pandemiyadır. Professorun sözlərinə görə, bütün dünya ölkələri, hətta ən güclü dövlətlər belə koronavirus təhlükəsi ilə üz-üzədir:
“Səhiyyə xərcləri federal büdcəni üstələyən ABŞ kimi bir dövlətdə belə tibbi ləvazimatlarla bağlı ciddi problemlər var. Ona görə də hazırda pandemiyanın qarşısını almaq üçün ən əsas tədbirlərdən biri Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyə etdiyi sosial izolyasiya tədbirləri və şəxsi gigiyena məsələləridir. İndiki məqamda tibbi ləvazimatlardan daha mühümü məhz budur. Sosial izolyasiya şərtlərinə də Azərbaycanda çox ciddi səviyyədə riayət olunur. Düzdür, əhali bunu pozmağa meyilli olsa da, dövlət öz tədbirlərini gücləndirir. Bizim uğurumuz bu tədbirlərin nə dərəcədə effektli aparılmasından ibarətdir”.
A.Qeybullanın firkincə, heç bir ölkə problemsiz deyil. Bunu pandemiya dövründə daha yaxşı müşahidə etdik:
“İnkişaf etmiş ölkələrdə belə tibbi ləvazimat çatışmazlığı yüksəkdir. Avropa ölkələrinin çoxunda zəruri tibbi avadanlıqlar kifayət qədər deyil. Əlbəttə, belə məqamda çıxış yolu tapılır. Məsələn, ağır xəstələr xəstəxanada xüsusi rejimdə müalicə olunsa da, nisbətən yüngül xəstələr ev şəraitində müalicə alırlar. Azərbaycanda hələlik həm tibbi ləvazimatların sayı, həm də xəstəxanaların tutumu yoluxanlara nisbətən xeyli çoxdur. İndiki halda ciddi çətinliyimiz yoxdur. Aprelin ortalarına qədər yoluxmaların davam edəcəyi, ondan sonra səngiməyə doğru gedəcəyi gözlənilir. Bütün dünyada müşahidə olunan tendensiya budur. Hər halda müəyyən tədbirlər görülür və kifayət qədər həkimlər bu işə cəlb olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət