Hikmət Hacıyev “Tasnim” agentliyinə müsahibə verib - VİDEO
Yusif Nəzərli
13:28 18.05.2025
Gündəm
402
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tehranda keçirilən “Tehran Dialoq Forumu” çərçivəsində İranın “Tasnim” agentliyinə müsahibə verib.
Teleqraf xəbər verir ki, o forumun yüksək səviyyədə təşkilinə görə İran tərəfinə təşəkkür edib:
"Belə vacib bir forumun təşkilinə görə iranlı həmkarlarımıza təşəkkür edirəm. Azərbaycan nümayəndə heyətinin dəvət olunması iki ölkə arasında dostluq və qonşuluq münasibətlərinin göstəricisidir. Tədbir çərçivəsində həm ikitərəfli, həm də çoxtərəfli müzakirələr aparılır. Azərbaycanla İran arasında münasibətlər yeni bir inkişaf mərhələsinə qədəm qoyub. İran Prezidenti cənab Pezeşkiyanın Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevlə keçirilən görüşlər bu əlaqələrin genişlənməsinə ciddi təkan verib. Forum çərçivəsində regional məsələlərlə yanaşı, iki ölkə arasında əməkdaşlığın gələcək perspektivləri də müzakirə olunur.
Ermənistanla münasibətlərə toxunan Hikmət Hacıyev qeyd edib ki, regionda sülh üçün yeni imkanlar yaranıb:
“Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində işğala son qoyulub, ərazi bütövlüyümüz təmin edilib. Cənubi Qafqazda yeni status-kvo formalaşıb. Bu reallıq beynəlxalq hüquq normalarına əsaslanır və sülh üçün münbit şərait yaradıb. Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edən beş prinsip Azərbaycan tərəfindən hazırlanaraq qarşı tərəfə təqdim olunub. Bu, Azərbaycanın sülh gündəminə sadiqliyinin bariz nümunəsidir. Sənədin mətni razılaşdırılıb, lakin hələ də açıq məsələlər qalır. Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır ki, davamlı sülhə nail olaq. Faktiki olaraq regionda sülh hökm sürür. İndi əsas məsələ bu sülhü hüquqi çərçivəyə salmaqdır. Azərbaycan bu istiqamətdə səylərini davam etdirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ömər Çelik: Ərdoğanı diktatorla müqayisə etmək...
13:16 03.08.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
13:08 03.08.2026
Gündəm
Qubada maşın aşıb, 3 nəfər xəsarət alıb
12:57 03.08.2026
Hadisə
Puşilin: Nikolayevkanın kənarında şiddətli döyüşlər gedir
12:27 03.08.2026
Gündəm
Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT
12:24 03.08.2026
Aktual
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı
Ukrayna ordusu Krımı bombardman etdi - Neft bazası vuruldu
09:26 03.08.2026
Dünya
Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib
08:54 03.08.2026
Gündəm