Hulusi Kılıç: Qarabağ  torpaqları sürətlə yenidən qurulacaq


Bu il Azərbaycan üçün çox fərqli bir il olacaq. Azərbaycan yola saldığımız 2020-ci ildə işğal altındakı torpaqlarını azad edərək böyük zəfər qazanıb.

Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç AZƏRTAC-a müsahibəsində söyləyib.

Səfir əminliklə bildirib ki, işğaldan azad olunmuş Azərbaycan torpaqları sürətlə yenidən qurulacaq və orada qısa müddətdə həyat canlanacaq.