İDDİA: ABŞ bazar günü İrana zərbə endirə bilər

Amerika mediasının iddiasına görə, ABŞ rəsmiləri bölgədəki müttəfiqlərindən birini İrana mümkün hərbi hücumun bazar günü başlaya biləcəyi barədə məlumatlandırıb. Xəbərlərdə hücumun İran rəhbərliyini, eləcə də nüvə və ballistik raket obyektlərini hədəf alacağı bildirilir.

Sherg.az xəbər verir ki, mənbələr Donald Tramp administrasiyasında məqsədin artıq nüvə proqramı deyil, rejim dəyişikliyi olduğunu irəli sürür. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə Hörmüz boğazında planlaşdırılan İran təlimləri fonunda İnqilab Keşikçilərinə ABŞ qüvvələrinə yaxınlaşmamaq barədə xəbərdarlıq edib.

ABŞ prezidenti Tramp da İrana razılaşma üçün son tarix verdiyini, razılaşma olmazsa “nələrin baş verəcəyini görəcəyik” deyə açıqlayıb. İran tərəfi isə mümkün hücum halında İsrailin dərinliklərini hədəf ala biləcəyi ilə hədələyib.