İddialar doğru çıxsa, CHP izah verə bilməyəcək - İbrahim Özyavuz
Yusif Nəzərli
12:06 22.03.2025
Gündəm
1350
Son günlərdə Türkiyənin daxili siyasi gündəmini zəbt edən ən mühüm məsələlərdən biri, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğluna qarşı başlanan araşdırma və istintaq prosesidir. Onun barəsində həbs qərarının verilməsi və nəticə etibarilə ortaya çıxan məsələlər ölkədə böyük rezonans doğurub. Bu vəziyyət həm də siyasi partiyalar, xüsusən də CHP üçün çətin bir dönəmin başladığını göstərir.
Baş verən hadisələrlə bağlı Türkiyə millət vəkili İbrahim Özyavuz Sherg.az-a müsahibə verib.
Müsahibədə baş verən hadisələrə dair fikirlərini bölüşən mütəxəssis, məhkəmə qərarlarının önəmini vurğulayaraq, CHP-nin bu vəziyyətdə necə mövqe tutacağını və siyasi gərginliklərin Türkiyənin müasir siyasi mənzərəsinə necə təsir göstərə biləcəyi ilə bağlı sualları cavablayıb.
-Əkrəm İmamoğlu barəsində həbs qərarı verilməsi və istintaqın başlaması nə ilə nəticələnə bilər?
-Türkiyə hüquqi dövlətdir. Həbs qərarının səbəbləri əhəmiyyətlidir. Əgər bir şəxs terror təşkilatı ilə əlaqəsi olduğu üçün həbs edilirsə, onun yerinə müvəkkil təyin edilir. Lakin vəzifəsində səhlənkarlıq, korrupsiya, xalqa zərər vurmaq kimi səbəblərdən həbs olunarsa, İstanbul Bələdiyyə Məclisindən bir üzüv seçilərək vəzifəyə gətirilir. Bu da İstanbul Böyükşəhər Bələdiyyəsi Məclisinin öz daxilində edəcəyi seçimlə olur.
-Bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Konqres Mərkəzində keçmiş millət vəkilləri ilə görüşdüyü iftar proqramında “Bizim müxalifətin şoularına vaxtımız yoxdur”,-dedi. Bu mövzu haqqında nə düşünürsünüz?
-Təbii ki, bu, düzgün ifadədir, çünki Türkiyə Cümhuriyyəti hər bir qitədə mühüm strateji dəyərə malikdir. Dünyanın bir çox ölkəsi istər öz daxilində, istərsə də qonşularla və ya başqa bir dövlətlə mübarizə aparırsa, təkcə türklərin deyil, bütün dünya müsəlmanlarının ümidi kimi görünən bir dövlətin və prezidentin boş şeylərlə, eyni zamanda müxalifətin tənqidi fikirləri ilə də məşğul olması vaxt itkisidir. Yaxşı və ya pis görülən hər şeyə qarşı çıxmaq heç kimə fayda vermir.
-Bəziləri iddia edir ki, hakim partiya sağa işarə edib, soldan zərbə vurur. R.T.Ərdoğan da bələdiyyə sədri olanda həbs edilib. Əkrəm İmamoğlunun həbsi isə onun tərəfdarlarının sayını artırır. Çünki biz bilirik ki, Türkiyə xalqı hər zaman məzlumun yanında durur. Bu iddia haqqında nə düşünürsünüz?
-Tayyib Ərdoğan vəzifəsinə görə və ya terror təşkilatını qurmaq, dəstəkləmək iddiasına görə cəzalandırılmayıb. Fərdi azadlıqlar haqqında bir şeirə görə məhkum olunub və onun yerinə məclisdən üzv seçilib. Sonra siyasətə qoyulan qadağa götürüldü və R.T.Ərdoğan baş nazir oldu. Amma indi vəziyyət fərqlidir, İmamoğlu terrorla əlaqədə, korrupsiya və qanun pozuntularında ittiham olunur. Türkiyədə məhkəmə müstəqildir və heç kim toxunulmaz deyil.
-Sizcə bu proseslərə kənardan müdaxilə etmək istəyən güclər varmı?
-Həmişə bu yola əl atan xarici ölkələr olub. Amma bu dəfə vəziyyət fərqlidir. İttihamlar çox ciddidir.
-Bu gərginliklərin fonunda CHP məhkəmə qərarlarına necə yanaşacaq?
-Gərginlik yaratmaq həll yolu deyil. Məhkəmə qərarları önəmlidir. İddialar doğru çıxarsa, CHP bunu heç kimə izah edə bilməz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət