Türkiyədə yeni ilin ilk Kabinet iclası Beştepedə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilib və 2 saat 15 dəqiqə davam edib.
Sherg.az xəbər verir ki, iclasda daxili və xarici siyasətlə yanaşı, ən aşağı SSK və Bağ-Kur pensiyalarına dair qanun tələb edən tənzimləmə də gündəmdə olub.
Görüşdə Qəzza, Ukrayna-Rusiya müharibəsi, “Terrorsuz Türkiyə” prosesi və iqtisadi məsələlər müzakirə edilib. En aşağı pensiyanın hazırda 16 881 lirə olduğu, artım qərarının Kabinetdən çıxa biləcəyi bildirilib. Memur və pensiyaçıların maaş artımları da açıqlanıb: SSK və Bağ-Kur pensiyaçıları üçün artım %12,19, məmur və memur pensiyaçılar üçün isə %18,60 olub.