Xocavənd şəhəri və Xocavənd kəndinə köçürülən sakinlərə evlərinin açarları təqdim olunub.
APA-nın Qarabağ bürosunun məlumatına görə, mərasimdə müvafiq qurumların nümayəndələri iştirak ediblər. ANAMA əməkdaşları tərəfindən mina və partlamamış sursat təhlükəsi ilə bağlı maarifləndirici məlumat verilib.
İlkin mərhələdə Xocavənd şəhərinə 50 ailə (194 nəfər), Xocavənd kəndinə isə 20 ailə (94 nəfər) köçürülüb. Köçürülənlər müxtəlif ərazilərdə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün ailələridir.
***
13.40
İlk köç karvanları Xocavənd şəhəri və kəndinə çatıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 50 ailə -194 nəfər, Xocavənd kəndinə isə 20 ailə - 94 nəfər köçürülüb.
***
12.50
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 50 ailə -194 nəfər, Xocavənd kəndinə isə 20 ailə - 94 nəfər köçürülüb.
Xocavənd şəhərinə və Xocavənd kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.