ABŞ “sıfır nüvə potensialı” seçimini gündəmdə saxlayır
ABŞ və İran hərbi gərginlik fonunda ilk üz-üzə görüşünü Omanda keçirib. Danışıqlarda əsas müzakirə mövzusu İranın nüvə proqramıdır.
Sherg.az xəbər verir ki, görüşə ABŞ tərəfdən Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff, İran tərəfdən isə xarici işlər naziri Abbas Araqçi rəhbərlik edir.
İran diplomatiyaya üstünlük verdiyini açıqlasa da, ABŞ “sıfır nüvə potensialı” seçimini gündəmdə saxlayır. ABŞ hərbi variantı tam istisna etmir, İran isə mümkün hücum halında ABŞ bazalarını hədəf alacağını bildirib.