İngilis mediasından iddia: 20 mindən çox kubalı Rus ordusuna cəlb olunub
Yusif Nəzərli
13:13 05.07.2025
Gündəm
468
İngiltərə mətbuatı, yüzlərlə kubalının Rusiyada yüksək maaşlı inşaat işi vədi ilə ölkəyə gətirildiyini, lakin gəldikdən dərhal sonra Ukrayna ilə müharibəyə cəbhəyə göndərildiklərini iddia edib.
Sherg.az xəbər verir ki, "Daily Mail" qəzetinə danışan 37 yaşlı Francisco Qarcia, Moskvaya inşaat işi üçün getdiyini, lakin dərhal hərbi formada kubalılar tərəfindən qarşılanaraq, zorla cəbhəyə aparıldığını bildirib. O, əvvəlcə özünə 1.900 funt maaş, Rusiya pasportu və iş icazəsi vəd edildiyini deyib.
“Əmrə tabe olmalı idik, nə su verdilər, nə də yemək”
Qarcia və digərləri hərbi maşınlara mindirilib, uzun bir yolçuluqdan sonra silahlı polislərlə qorunan tərk edilmiş bir idman məktəbinə aparılıblar. 10 gün ərzində bağırış və təhdid altında hərbi müqavilələrə imza atmağa məcbur edildiklərini deyir.
30 günlük hərbi təlim və xəbərdarlıq olmadan cəbhəyə göndəriş
O, Kubadan, Asiya və Afrika ölkələrindən olan yüzlərlə şəxslə birgə 30 günlük hərbi təlim keçdiklərini və ardınca xəbərdarlıq edilmədən cəbhəyə göndərildiklərini bildirir. Səbəb isə Rusiyanın hər gün çox sayda əsgər itirməsi kimi göstərilir.
Yüzlərlə kubalı ölüb
Qarcia, ilk dəfə cəbhəyə göndəriləndə 90 kubalı ilə birlikdə olduğunu, onların yarıdan çoxunun həlak olduğunu bildirib. Onlara nə qorxu göstərməyə, nə də şikayət etməyə icazə verildiyini, rus komandirlərin qorxu göstərənləri döydüyünü deyir.
İki dəfə yaralanıb, tərk edilib və qaçıb
İki dəfə yaralanan Qarcia, rus əsgərlərin onu tərk etdiyini, özü sağ qalmaq üçün mübarizə apardığını qeyd edib. Bir il Donetsk, Soledar və Rostov bölgələrində döyüşdükdən sonra ona bir medal və sertifikat verilib. 2024-cü ilin oktyabrında iki aylıq icazə alıb və bu müddətdə qaçış planı hazırlayıb.
Yunanıstana qədər uzanan qaçış
Belarus, Azərbaycan, BƏƏ və Misir üzərindən Yunanıstana qaçan Qarcia, Afinada iki ay saxlanıldıqdan sonra sərbəst buraxılıb. Hazırda Atinada bir çadırda yaşadığı bildirilir.
İddialara görə, 20 mindən çox kubalı Rus ordusuna cəlb olunub, Ukrayna kəşfiyyatı isə hazırda 7 minə yaxın kubalının müharibədə olduğunu bildirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə itkin düşən yaşlı kişinin meyiti tapıldı
20:19 12.11.2026
Hadisə
Dublində İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilir
20:11 12.11.2026
Rəsmi
Vens və Rubio prezident seçkilərində potensial namizəddir
20:03 12.11.2026
Dünya
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
19:54 12.11.2026
Siyasət
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm