İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib
19:17 02.03.2021
Gündəm
460
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib. Azad edilmiş torpaqlarda iqtisadi fəaliyyətin təşkili işlərinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu İqtisadi məsələlər üzrə İşçi Qrup əmlakın inventarlaşdırılması, işğaldan əvvəl mövcud olan xəritələrin vektorlaşdırılması, habelə iqtisadi fəallığın dəstəklənməsi kimi proseslər üzərində işləyir.
APA-nın məlumatına görə, aidiyyəti qurumlar tərəfindən Qrupun sahəvi tədbirlər planının icrasına başlanılıb. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bir çox əmlakın çöl inventarlaşdırma işləri tamamlanmış, bir necə infrastruktur, nəqliyyat və təchizat, eləcə də torpaq sahələrinin inventarlaşdırılması başa çatdırılıb. Veb əsaslı, mətn və qarfiki komponentlərdən ibarət Qarabağ İnventar Proqramı hazırlanmış və dövr ərzində təkmilləşdirilmişdir. Hazırda müvafiq dövlət qurum və təşkilatları ilə texniki inteqrasiya mühiti qurulur.
İşğaldan əvvəl mövcud vəziyyətə dair xəritə materiallarının vektorlaşdırılması, bu sahədə zəruri işlərin davam etdirilməsi məqsədilə kənd yaşayış məntəqələrinin kağız xəritələrin koordinat sisteminə gətirilməsi üçün işlər aparılır.
Bu ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu, təhlili, sahibkarların məlumatlandırılması, müvafiq tövsiyələrin verilməsi və müraciətlərin aidiyyəti olaraq yönləndirilməsi işləri İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təmin edilir.
Artıq investisiya layihələri ilə bağlı 400-dən artıq müraciət daxil olmuşdur. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.
Yeni təşviq alətlərinin formalaşdırılması, o cümlədən sənaye parkları, sənaye məhəllələri, aqroparkların yaradılması ilə bağlı təkliflər hazırlanır.
Sahəvi Tədbirlər Planına uygun olaraq, işğaldan azad edilmiş ərazilərin turizm potensialının qiymətləndirilməsi, bölgənin regional turizm strategiyasının formalaşdırılması, turizm marşrutlarının hazırlanması istiqamətində Dövlət Turizm Agentliyi tərəfindən müvafiq işlər görülür.
Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər İşçi Qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
09:13 22.05.2026
İqtisadiyyat
“İçində kişi olmayan bir serial tapacam”
08:48 22.05.2026
Şou
"Qlobal Sumud Donanması"ndakı 422 nəfər Türkiyəyə gətirilib
07:51 22.05.2026
Region
40 yaşa çatmamış bu qidaları yeməyə başlayın
07:17 22.05.2026
Maraqlı
Zəli hansı xəstəliklərdə istifadə olunur?
06:00 22.05.2026
Sağlamlıq
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya