İran-ABŞ danışıqlarının ikinci raundu bitdi

Omanda ABŞ və İran arasında danışıqlara start verilib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Məlumata görə, görüşdə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner iştirak edir. İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Arakçı rəhbərlik edir.

***

Omanda İran-ABŞ danışıqlarının ikinci raundu başa çatıb.

Hazırda ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Omanın xarici işlər naziri ilə məsləhətləşmələr aparır.