İran ABŞ-ın ölkəyə qarşı yeni hərbi əməliyyata başlaması halında Fars körfəzi ölkələrinin enerji infrastrukturuna zərbələr endirə biləcəyi barədə xəbərdarlıq edib.
Sherg.az xəbər verir ki, bu barədə Reuters agentliyi regiondakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın Fars körfəzindəki müttəfiqlərini Prezident Donald Trampa təsir göstərərək mümkün yeni hücumların qarşısını almağa çağırıb. O bildirib ki, Tehran hərbi təcavüzə cavab verməyə hazırdır, lakin diplomatik həll yolunu daha üstün hesab edir.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşma fonunda planlaşdırılan hücumların ləğv edildiyini açıqlamışdı.