İran diplomatiyası Cənubi Qafqazda sülh missiyasına yollanır 

İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi bu gün Ermənistana səfər edəcək.

APA xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Təxt Rəvançinin iki ölkənin xarici işlər nazirlərinin müavinləri arasında siyasi məsləhətləşmələr aparacaq, Ermənistanın digər rəsmiləri ilə görüşlər keçirəcək.

İki ölkənin iqtisadi, ticarət, tranzit, nəqliyyat və digər sahələrdə əməkdaşlığı üzrə məsləhətləşmələrin aparılacağı bildirilir.

İran XİN rəsmisi Ermənistana səfər çərçivəsində Cənubi Qafqazda sülh və əməkdaşlıq üzrə fikir mübadiləsi aparacaq.