İran parlamenti ABŞ, İsrail və "digər düşmən ölkələrin" gəmilərinin Hörmüz boğazından keçidini qadağan edən qanun layihəsi hazırlayır.
Sherg.az xəbər verir ki. layihəyə əsasən, İsraillə əlaqəli hərbi və ya mülki yüklərin daşınmasına da icazə verilməyəcək. Həmçinin İrana ziyan vurmuş ölkələr və şəxslər təzminat ödəməyənədək Hörmüz boğazı və Fars körfəzi vasitəsilə hərəkət edə bilməyəcəklər.
Sənəd hələ parlamentdə müzakirə mərhələsindədir və onun təkmilləşdirilməsi üçün ekspertlərin rəyləri toplanır.