İran məhkəməsi Trampı dinləmir, etirazçılar tezliklə cəzalandırılacaq

İranın məhkəmə-ədliyyə sisteminin rəhbəri Qulamhüseyn Mohseni Ejei etirazlarla bağlı həbs olunanların məhkəmə və cəza proseslərinin sürətləndiriləcəyini deyib.

APA “Al Arabiyya” telekanalına istinadən xəbər verir ki, o, bu barədə İranın dövlət televiziyasında çıxışı zamanı bildirib.

“Bir iş görmək istəyiriksə, indi görməliyik. Nəyisə etmək istəyiriksə, cəld şəkildə etməliyik. Əgər 2-3 ay gecikmə olsa, lazımi effekt olmayacaq”, - Ejei vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana edamlarla bağlı xəbərdarlıq edib. O, Vaşinqtonun buna kəskin reaksiya verəcəyini bildirib.