İran ordusunun helikopteri qəzaya uğrayıb, ölənlər var - YENİLƏNİB

İranda helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

APA İran mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfər ölüb, bir nəfər yaralanıb.

***

10:44

İran ordusunun helikopteri qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

İlkin məlumata görə, hadisə İsfahan yaxınlığındakı Darç şəhərində baş verib.

Hadisə nəticəsində pilot və onun köməkçisi ölüb.

Qəzanın texniki nasazlıq nəticəsində baş verdiyi bildirilir.