İran Prezidenti Pezeşkiyan: Ölkə fəaliyyətini dayandırmayıb

İran Prezidenti Mesud Pezeşkiyan bildirib ki, ölkə fəaliyyətini dayandırmayıb və bütün regionlarda işlər davam edir. O, qərarların sürətli və yerli şərtlərə uyğun qəbul edilməsi üçün səlahiyyətlərin bölgələrə verildiyini, valilərlə birbaşa əlaqədə olduqlarını qeyd edib.

 Sherg.az xəbər verir ki, Pezeşkiyan vurğulayıb: “Əsas sərmayəmiz milli birliyimizdir.”

ABŞ və İsrailin hücumları nəticəsində İranın ali dini lideri Əli Xamanei və bir sıra yüksək səviyyəli rəsmilər ölüb. İran Qızıl Aypara Cəmiyyəti bu hücumlarda 787 nəfərin həyatını itirdiyini açıqlayıb.