ABŞ Prezidenti Donald Tramp, ABŞ və İsrailin İrana hücumu ilə başlayan müharibədə həlak olan əsgərlərin cənazələrinin qarşılanma mərasimində iştirak edib.
Sherg.az xəbər verir ki, Küveytdəki bir baza üzərində baş verən dron hücumunda həlak olan altı ABŞ əsgərinin cənazələrinin daşınma mərasimi paytaxt Vaşinqton yaxınlığındakı Dover Hərbi Hava Bazasına keçirilib. 1 martda baş vermiş hücumda ölən əsgərlərin cəsədləri hərbi heyət tərəfindən təyyarədən götürülərək gözləyən avtomobillərə daşınıb.
Həlak olan əsgərlər arasında ən gəncinin 20, ən yaşlısının isə 54 yaşında olduğu bildirilib. Xüsusilə 39 yaşlı qadın çavuş Nicole Amorun ölümü sosial mediada müharibə əleyhinə mesajların əsas gündəm mövzusu olub.
Pentaqonun açıqlamasına görə, həlak olan əsgərlərin dördü rezerv birliyinə bağlı olub və Küveytə yerləşdirilmişdilər. Hücumda həlak olanlar arasında bir binbaşı, bir yüzbaşı və 4 əsgər olduğu bildirilib. ABŞ Prezidenti Tramp isə açıqlamalarında əsgərlərin ölümlərinin intiqamının alınacağını vurğulayıb.
“Bunu etməkdən nifrət edirəm, amma bu savaşın bir hissəsidir”.