İranda edam dayandırıldı, Trampın barmağı hələ də tətikdədir

İranda həftələrdir davam edən kütləvi etirazlar fonunda ABŞ mümkün müdaxilə variantlarını müzakirə edir.

Sherg.az xəbər verir ki, Prezident Donald Tramp edamların dayandırıldığı və bir məhkumun edam edilməyəcəyi barədə məlumat aldığını desə də, hərbi seçimin hələ də gündəmdə olduğunu bildirib.

ABŞ mediasına görə, Vaşinqton geri dönüşü olmayan qərar öncəsi son hazırlıqları görür. Bu çərçivədə bir aviadaşıyıcı qrupun Orta Şərqə gizli şəkildə köçürülməsi planlaşdırılır və bu prosesin təxminən bir həftə çəkəcəyi qeyd olunur.

İran isə ABŞ və ya İsraildən mümkün hücuma sərt cavab veriləcəyini bəyan edir. Gərginlik beynəlxalq səviyyədə də narahatlıq doğurub və məsələ BMT Təhlükəsizlik Şurasının gündəminə çıxarılıb.