İranda etirazlar davam edir: ölənlərin sayı 36-ya çatıb

İranda etiraz aksiyaları zamanı ölənlərin sayı 36 nəfərə çatıb. Ölənlərdən 34 nəfəri etirazçı, 2 nəfər isə təhlükəsizlik qüvvələrinin əməkdaşıdır.

APA xəbər verir ki, bu barədə İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.

Ölənlər arasında yaşı 18-dən aşağı olan 4 nəfər var.

27 vilayətdə davam edən etirazlarda 2000-dən çox insan həbs olunub.

İranın Abadan şəhərinin etirazçılar tərəfindən ələ keçirilməsi İran mediası tərəfindən təkzib olunub. Hazırda Abadan şəhərində asayişin təmin olunduğu bildirilir.