İran hökuməti ölkədə baş verən yeni etirazlar fonunda internetə çıxışı məhdudlaşdırıb.
Teleqraf xəbər verir ki, bu barədə "Cloudflare" şirkəti məlumat yayıb.
Bildirilib ki, ölkədə internet trafiki təxminən üçdə bir azalıb.
Bu gün səhər saatlarında trafikin səviyyəsi adətən olduğundan təxminən 15 faiz aşağı olub. Sosial şəbəkələrdə çoxsaylı istifadəçilər genişmiqyaslı əlaqə problemlərindən şikayət ediblər.
Qeyd edilib ki, İran 2009, 2019 və 2022-ci illərdəki etirazlar, həmçinin 2025-ci ilin iyununda İsrail hücumları zamanı da internetə çıxışı qismən məhdudlaşdırıb. Bəzi hallarda isə tam bloklamalar tətbiq olunub, yalnız məhdud sayda saytların fəaliyyəti saxlanılıb.
Xatırladaq ki, İranda inflyasiya və milli valyutanın dollara nisbətdə rekord həddə kəskin ucuzlaşması nəticəsində son üç ildə ən böyük etiraz aksiyaları keçirilir.