İranda etirazlar silahlı qarşıdurmaya çevrildi

İranın Əhvaz şəhərində etirazçılar təhlükəsizlik qüvvələrinin hərəkətinə mane olmaq üçün şəhərin girişlərindəki barrikadaları yandırıblar.

Teleqraf xəbər verir ki, bəzi qrupların avtomatik silahlarla silahlandığı bildirilib.

Ölkənin cənub-qərbindəki yaşayış məntəqələrində atəş səsləri eşidilib. Əhvaz şəhərində bir neçə mülki şəxsin yaralandığı barədə məlumatlar var.

Şəhərdə keçirilən mitinqdə “Dini rejimə ölüm” şüarları səsləndirilib.