İranda etirazlarda 3 mindən çox insan həlak olub

İranın müxtəlif bölgələrində baş verən etiraz aksiyaları zamanı 3 mindən çox şəxsin həyatını itirdiyi bildirilir. İnsan haqları təşkilatlarının məlumatına görə, ölkədə 8 gün davam edən internet kəsintisindən sonra yalnız çox məhdud bağlantı bərpa olunub.

Sherg.az xəbər verir ki, ABŞ mərkəzli HRANA təşkilatı təsdiqlənmiş ölənlərin sayının 3 090 nəfər olduğunu açıqlayıb. Həlak olanların 2 885-i etirazçı kimi qeydə alınıb. Yerli sakinlər sərt müdaxilələrdən sonra etirazların müvəqqəti olaraq yatırıldığını, dövlət mediasının isə yeni həbslər barədə məlumat yaydığını bildirir.

Paytaxt Tehranda son dörd gündür nisbi sakitlik müşahidə olunur. Şəhər üzərində pilotsuz uçuş aparatlarının uçduğu qeyd edilsə də, son günlər kütləvi aksiyalar qeydə alınmayıb. Etirazlar 28 dekabrda iqtisadi çətinliklər səbəbilə başlayaraq qısa müddətdə ölkə genəlinə yayılıb.

NetBlocks internet monitorinq qrupunun açıqlamasına görə, 200 saatlıq kəsintidən sonra internetə çıxışda cüzi artım olsa da, əlaqə səviyyəsi hələ də normalın təxminən 2 faizi həddindədir.

ABŞ Prezidenti Donald Tramp isə İran hakimiyyətini etirazçıların edam ediləcəyi təqdirdə “çox sərt addımlar” atılacağı ilə hədələyib və planlaşdırılan edamların dayandırıldığını iddia edib.