
İrandakı dairələrin planı bu dəfə alınmadı - ŞƏRH
Yusif Nəzərli
05:18 08.04.2025
Gündəm
355
Onların bizə qarşı növbəti planını ifşa etməyə hazırlaşmalıyıq
İranın xüsusi xidmət orqanı Azərbaycandakı aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqala sui-qəsd hazırlayıbmış. Bu barədə “Vaşinqton Post” nəşri Qərb ölkələrindən birinin kəşfiyyat orqanındakı mənbəyə istinadla məlumat yayıb. Xəbərdə deyilir ki, SEPAH-ın Qüds briqadasının zabiti ravvini öldürməsi üçün narkotik qaçaqmalçısını ələ alıbmış. Aslanova ravvinin fotosu, həmçinin ətraflı təlimat verilib və “xidmətinə” görə 200 min dollar vəd olunub. Məlumata görə, Aslanov İranda SEPAH nümayəndələri ilə görüşəndən sonra Azərbaycana qayıdıb və dostunu ravvini izləmək işinə cəlb edib. Lakin Azərbaycanın təhlükəsizlik orqanları onları həbs ediblər. Məsələyə münasibət bildirən Şneor Seqal nəşrə deyib ki, bu haqda məlumatı Azərbaycan mediasından oxuyub və bu ölkədə özünü çox güvənli hiss edir. Yada salaq ki, yanvar ayında Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Azərbaycanda dini icmalardan birinin rəhbərinə qarşı sui-qəsd hazırlayan iki şəxsin saxlanıldığı haqqında məlumat yaymışdı.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, əgər "Vaşinqton Post"un xəbəri həqiqəti əks etdirirsə, bu, İrandakı mühafizəkar qüvvələrin ölkəmizə qarşı siyasətinin dəyişmədiyini göstərir. Ekspertin sözlərinə görə, əsas sual odur ki, İrandakı dairələr Azərbaycanda yəhudi icmasının sədrini öldürmək istəməklə nəyə nail olmaq istəyiblər:

"Bunun bir neçə səbəbi ola bilər. Birincisi, İran kəşfiyyat strukturları Azərbaycanda yaşayan və fəaliyyət göstərən ravvini öldürməklə yəhudilərin məmləkətimizdə rahat və təhlükəsiz yaşantılarına kölgə salmaq istəyiblər. Görünür, düşünüblər ki, belə bir terror aksiyası İsrail-Azərbaycan münasibətlərinə də mənfi təsir edə bilərdi. Halbuki, Azərbaycanın kəşfiyyat strukturları cinayətin qarşısını almaqla yəhudilərin ölkəmizdə həqiqətən rahat və təhlükəsiz yaşadıqlarını bir daha təsdiq edib. İkincisi, İran kəşfiyyat strukturları azərbaycanlı ravvinə qarşı sui-qəsd cəhdi vasitəsilə İran-Azərbaycan münasibətlərinin normallaşmasına mane olmaq istəyiblər. Ravvinə qarşı sui-qəsd cəhdi reallaşsaydı, bunun arxasında İranın dayandığı bəlli olacaq və bu istər-istəməz Bakı-Tehran münasibətlərinə mənfi təsir edəcəkdi. Bu halda İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana planlanan səfəri də təxirə salınacaqdı. Halbuki, yaxınlarda baş tutacaq bu səfərdən müsbət gözləntilər var. Ancaq bu səfərdən müsbət gözləntilər İranda heç də hamını sevindirmir".
Analitikin fikrincə, İranın mühafizəkar dairələri hər vəchlə iki ölkə arasında münasibətlərin normallaşmasına mane olmağa çalışırlar:
"İran kəşfiyyatının sui-qəsd üçün Gürcüstanda yaşayan azərbaycanlını seçməsi də təsadüfi deyil. Bu da hiyləgər planın tərkib hissəsidir. İrandakı müxtəlif dairələr Gürcüstan azərbaycanlıları arasında təbliğat işini ildən-ilə gücləndiriblər və təəssüf ki, Gürcüstanın müvafiq strukturları bunun qarşısını ya almır, ya da almaq istəmir. Nəticədə, İrandakı dairələr Gürcüstanda geniş fəaliyyət imkanlarına malik olublar. Ravvinə qarşı planlanan terror baş tutsaydı, bu, Azərbaycan-İran münasibətləri ilə yanaşı, Azərbaycan-Gürcüstan münasibətlərinə də mənfi təsir edəcəkdi. İrandakı dairələrə də elə bu lazımdır. Ancaq İrandakı dairələrin planı bu dəfə alınmadı, onların bizə qarşı növbəti planını ifşa etməyə hazırlaşmalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın daxilində anti-Azərbaycan qüvvələr var - Tofiq Zülfüqarov
18:33 05.03.2026
Gündəm
Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub
18:25 05.03.2026
Siyasət
Rusiya və Ukrayna əsirləri dəyişdi
18:18 05.03.2026
Dünya
Rza Pəhləvi: İran rejimi dərhal hakimiyyəti təhvil verməlidir
18:06 05.03.2026
Dünya
Moldova xarici işlər naziri Azərbaycana gəlir
18:00 05.03.2026
Siyasət
İran Azərbaycan sərhədinə silah daşıyırmış...
17:45 05.03.2026
Gündəm
Rusiyada Şahin Şıxlinski və Səfərovlara hökm oxunub
17:33 05.03.2026
Hadisə
Qazaxıstan və Azərbaycan XİN rəhbərləri telefonla danışıb
17:27 05.03.2026
Siyasət
“Paşinyan Brüssellə yaxınlaşır, Kremlin narahatlığı artıb” - ŞƏRH
17:01 05.03.2026
Siyasət
Güney Azərbaycan Cümhuriyyətinin vaxtı çatıb - ŞƏRH
16:38 05.03.2026
Aktual