İranlı yüksək vəzifəli rəsmİ ABŞ‑ın mümkün istənilən hücumunun “böyük müharibə” kimi qiymətləndiriləcəyini bildirib. O vurğulayıb ki, hücumun miqyasından asılı olmayaraq Tehran ən sərt şəkildə cavab verəcək.
Sherg.az xəbər verir ki. rəsmİ ABŞ‑ın bölgəyə hərbi donanma göndərməsinə toxunaraq İranın tam döyüş hazırlığında olduğunu deyib və ölkənin suverenliyi pozularsa qarşılıq veriləcəyini qeyd edib.
ABŞ Prezidenti Donald Tramp isə İranı yaxından izlədiklərini və bölgəyə böyük donanma göndərildiyini açıqlamışdı.