İrandan Ərdoğana ABŞ danışıqları üçün xüsusi təşəkkür gəldi

İran Prezidenti Məsud Pezeşkiyan, ABŞ ilə aparılan müzakirələrdə Türkiyənin konstruktiv rolu üçün Prezident Rəcəb Tayyib Ərdoğana və Xarici İşlər naziri Hakan Fidana təşəkkür edib.

Sherg.az xəbər verir ki, Pezeşkiyan Tehrandakı Azadi Meydanında çıxışı zamanı bildirib ki, Azərbaycan, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Misir də İran məsələsində diplomatik həll yoluna dəstək verərək İsrail və ABŞ-ın mənfi planlarının həyata keçməməsi üçün çalışıb.

O, həmçinin ölkəsinin nüvə silahı istehsal etmədiyini vurğulayaraq, ABŞ və Avropa tərəfindən edilən bəyanatların etimad problemləri yaratdığını, buna görə də danışıqların nəticə vermədiyini qeyd edib.

Pezeşkiyan, 8-9 yanvar hadisələri zamanı baş verən narazılıqlar və zorakılıqlar üçün xalqdan üzr istəyib və hökumət olaraq bütün problemlərin həllinə çalışdıqlarını bildirib.

Qeyd edək ki, İran ilə ABŞ arasında, 2025-ci ilin iyun ayında kəsilmiş nüvə danışıqları 6 fevralda Oman vasitəsilə yenidən baş tutmuşdu.