İrandan “əsir ABŞ əsgəri” iddiası

İran və ABŞ-İsrail arasında başlayan müharibə artıq 9‑cu günə daxil olur.

Sherg.az xəbər verir ki, İranın Ali dini rəhbəri Əli Xameneinin öldürülməsindən sonra faktiki hakimiyyətə daha çox təsir etdiyi deyilən İran Ulusal Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricani sosial mediada ABŞ tərəfdən zərər xəbərlərinə dair açıqlama verib.

Laricani bildirib ki, ona bir neçə Amerikan əsgərinin əsir götürüldüyü barədə məlumat verilib. O əlavə edib ki, ABŞ hərbçiləri bu əsgərlərin döyüşdə öldüyünü iddia edir və “boş cəhdlərinə baxmayaraq həqiqət çox uzun müddət gizlədilə bilməyəcək”.

Lakin ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu iddianı kəskin şəkildə təkzib edib və İranın heç bir ABŞ əsgərini əsir götürmədiyini bildirib. Komandanlığın sözçüsü Tim Havkins İranın bu cür məlumatları yaymağı “yalan və dezinformasiya” adlandırıb.

ABŞ rəhbərliyi həmçinin bölgədəki döyüşlərdə indiyədək 6 ABŞ əsgərinin öldüyünü açıqlamışdı.