"The New York Times" ABŞ-İran gərginliyi fonunda mümkün hərbi ssenarilərlə bağlı analiz yayımlayıb. Qəzet yazır ki, Venesueladakı əməliyyat sürətli və sadə olsa da, İran fərqli və daha mürəkkəb hədəfdir.
Sherg.az-ın məlumatına görə, ekspertlər bildirirlər ki, İran geniş raket arsenalına və regionda proksi qüvvələr şəbəkəsinə malikdir. Orta mənzilli ballistik raketlərin uçuş məsafəsi 2 min kilometrə qədər çatır və bu, İsrail də daxil olmaqla ABŞ bazalarını hədəfə almağa imkan verir.
Təhlilə görə, mümkün qarşı zərbə xüsusilə İsrailin bütün böyük şəhərlərini əhatə edə bilər. Körfəz ölkələri isə ABŞ hücumunun onları da cavab zərbəsi riski ilə üz-üzə qoya biləcəyindən narahatdır.